Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ”ın futbolçusu: “Neftçi” ilə derbi əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”

“Neftçi” ilə derbi qarşılaşması əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir”...

Bunu “Report”a müsahibəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda Premyer Liqanın 16-cı turunda “Neftçi” ilə sabah keçiriləcək oyun barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi azarkeşlərin matça böyük maraq göstərəcəklərini söyləyib: “Neftçi” ilə oyunlar həmişə həm mətbuatda, həm də azarkeşlər arasında böyük diqqətə səbəb olub. Bu dəfə də belə olması istisna deyil. Məsələn, “Sabah”la son görüşümüzdə azarkeşlərin marağını hər kəs gördü. Stadiona 10 000 azarkeşin gəlməsi bunun göstəricisi idi. “Neftçi” ilə matçda da bunun təkrarlanmasını gözləyirəm”.

Ağdam klubunun aparıcı oyunçusu əlavə edib ki, qarşılaşmanın “Bakcell Arena”da keçirilməsinə baxmayaraq, qələbə qazanmağa çalışacaqlar: “Neftçi” güclü komandadır, yaxşı baş məşqçiləri var. Onlara hörmətlə yanaşırıq. Amma bütün bunların fonunda məqsədimiz dəyişməz olaraq qalır. Səfərdə oynamağımıza baxmayaraq, hədəfimiz qələbə qazanmaqdır. Əvvəlki ruh yüksəkliyini və əzmkarlığı bu matçda nümayiş etdirmək istəyirik. Ən əsası özümüzə xas olan oyunu sərgilməyə və 3 xal qazanmağa çalışacağıq”.

Riçard Almeydanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

pia.az


Etiket: Neftçi Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar