Cümə, 23 Fevral 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gərginləşən Türkiyə-İsveç münasibətləri... - NATO-da qarşıdurma yarana bilər?

Ərdoğan bildirib ki, İsveç artıq NATO-daxil olmaq üçün Türkiyənin dəstəyinə nail ola bilməyəcək...

Politoloq: “Türkiyə və İsveçrə hökumətləri arasında münasibətləri korlamaq və Ankaranın bu məsələdə imtinasına nail olmaq istəyirlər ki, həm ABŞ, həm də NATO səviyyəsində Türkiyəyə qarşı təzyiq bəhanələri yaratsınlar”.

“Türkiyə israrlı şəkildə istədiklərini Stokholmdan almadan İsveçə bu yöndə dəstək verilməyəcək”.

Bu sözləri politoloq Natiq Miri Türkiyə-NATO münasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Ərdoğan bildirib ki, İsveç artıq NATO-daxil olmaq üçün Türkiyənin dəstəyinə nail ola bilməyəcək. Eyni zamanda ABŞ Dövlət Departamentindən də dünən bildiriblər ki, Türkiyənin mövqeyinə baxmayaraq İsveç NATO-ya qəbul ediləcək.

Yaranmış bu durumu necə şərh etmək olar? Türkiyənin NATO-da təklənməsinə və təşkilat daxilində qarşıdurmanın böyüməsinə ehtimal vermək olar?

NATO daxilində baş verənləri PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu da əlbəttə ki, NATO çərçivəsində müəyyən problemlər, eyni zamanda ABŞ-ın bilvasitə NATO-nun genişlənməsi siyasətinə problemlər yaradır”.

Finlandiyanın İsveçdən ayrı şəkildə NATO-ya daxil ola bilməsini və Türkiyə də bunu öz parlamentində təsdiq edə bilməsini vurğulayan politoloq PİA.az-a bildirib ki, belə bir ehtimal gözlənilir:

“Əslində bu, Türkiyəyə qarşı təzyiq mexanizmlərinin yaradılmasına hesablanıb. Bununla da Türkiyə və İsveçrə hökumətləri arasında münasibətləri korlamaq və Ankaranın bu məsələdə imtinasına nail olmaq istəyirlər ki, həm ABŞ, həm də NATO səviyyəsində Türkiyəyə qarşı təzyiq bəhanələri yaratsınlar. Ancaq Türkiyə bunu anlamamış deyil.

Düşünürəm ki, Türkiyə israrlı şəkildə istədiklərini Sktokholmdan almadan İsveçə bu yöndə dəstək verilməyəcək. Ola bilsin ki, istisna olsun. Yəni Finlandiya İsveçdən ayrı şəkildə NATO-ya daxil ola bilsin və Türkiyə də bunu öz parlamentində təsdiq etsin. Belə bir ehtimal gözlənilir. Amma düşünmürəm ki, yaxın zaman çərçivəsində və Ərdoğanın istədikləri Türkiyəyə İsveç tərəfindən verilmədən Ankara İsveçin NATO-ya qəbul olunmasını parlamentdə təsdiq etsin. Bu olmayacaq.

Natiq Miri: “Konkret olaraq NATO-nun Türkiyə ilə bağlı hərəkətə keçəcəyini, yaxud da Türkiyənin NATO-dan çıxarılması kimi prosesin inkişaf edəcəyini gözləmirəm”.

Bu da əlbəttə ki, NATO çərçivəsində müəyyən problemlər, eyni zamanda ABŞ-ın bilvasitə NATO-nun genişlənməsi siyasətinə problemlər yaradır. Ancaq konkret olaraq NATO-nun Türkiyə ilə bağlı hərəkətə keçəcəyini, yaxud da Türkiyənin NATO-dan çıxarılması kimi prosesin inkişaf edəcəyini gözləmirəm. Çünki bu gün Türkiyə NATO üçün vazkeçilməz bir ölkədir. Türkiyə NATO-nun bəlkə də döyüşən ən böyük ikinci ölkəsidir. Baxmayaraq ki, rəqəmlər baxımından Türkiyəni 5-ci ölkə deyirlər. Ancaq düşünürəm ki, Türkiyə döyüşən və bu gün hərbi cəhətdən güclü, inkişaf edən bir NATO ölkəsi kimi Şimal Alyansı üçün vazkeçilməz bir ölkədir.

Buna görə də bütün bu məsələlər diqqətə alınaraq Türkiyənin NATO-dan çıxarılması kimi məsələyə qədər prosesin inkişaf edəcəyini mən gözləmirəm. Bütün baş verənlərin hamısı Türkiyəyə təzyiq xarakterlidir. Artıq Türkiyə belə məsələlərə öyrəşib. Düşünürəm ki, bu yöndə hər hansı bir öz təhlükəsizlik maraqlarından geri çəkilməyəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib - Yenilənib

Hesablama Palatası dövlət qurumunda yoxlamalar aparır

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev oliqarx imiş - Klinika, “parnik“lər, “zaprvka“, obyektlər...

Bakıda restoranda baş verən yanğın söndürülüb - Yenilənib

Musa Musayevin “ASAN xidmət”lə anlaşılmazlığı...

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının ilk gününə yekun vurulub - Yenilənib

“Azəriqaz”dan işdən çıxarılan və həbs edilən çilingər məhkəməni qazandı

Aydın Talıbov və “Veysəloğlu” şirkəti çöküş yolunda: Ərzaq oliqarxının başı üzərində qara buludlar

İstiqlal Muzeyində “Qələbəyə inam” adlı tədbir keçirilib

Ən çox oxunanalar