Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT İsveç və Niderlandda Quranın təhqir edilməsini məsuliyyətsiz davranış adlandırıb

“Report” “Haber Global”a istinadən xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) sözçüsü Ravina Şamdasani İsveç və Niderlandda Quranın yandırılması və cırılmasını hörmətsizlik və məsuliyyətsiz davranış kimi qiymətləndirib.

BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos isə İsveçin paytaxtı Stokholmda İslamın müqəddəs kitabı Quranın bir nüsxəsinin yandırılmasını “alçaq hərəkət” adlandırıb və qətiyyətlə pisləyib.

“Qurani-Kərimin yandırılması müsəlmanlara qarşı nifrətin ifadəsidir, bunu söz və ifadə azadlığı ilə qarışdırmaq olmaz", - Moratinos qeyd edib.

Ali nümayəndə dünyanın müxtəlif yerlərində dini icmaların üzvlərinə qarşı ayrı-seçkilik, dözümsüzlük və zorakılıq hallarının, o cümlədən islamofobiyanın ümumi artımından dərin narahatlığını ifadə edib.

Moratinos ədalətli, sülhsevər cəmiyyətlərin qurulması və dəstəklənməsi üçün qarşılıqlı hörmətin vacibliyini vurğulayıb.

Xatırladaq ki, Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Qurani-Kərimi yandırıb və etiraz aksiyası zamanı heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib. Yanvarın 24-də isə Niderlandda Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada təkbaşına keçirdiyi aksiyada Quranı cırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar