Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Çinin “kiçik qardaşı” olur, amma Putin Sidən tam dəstək ala bilmir...

Qərb müşahidəçiləri Çin liderinin Moskvaya səfərinin nəticələrinin analizini yekunlaşdırıblar...

Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Tsinpinin Moskvada keçirdiyi görüşlərdə Çin lideri Ukraynaya qarşı müharibədə Rusiyaya açıq dəstək ifadə etməyib, həmçinin Rusiya qazının idxalının artırılmasına da birbaşa razılıq verməyib.

Poliqon.info xəbər verir ki, çərşənbə günü Çin liderinin Moskvaya səfərinin nəticələrinin analizini yekunlaşdıran qərbli jurnalistlər və ekspertlərin fikrincə, Rusiya prezidenti Çin rəhbərinin səfərindən daha böyük və müsbət nəticələrə ümid edirdi. Müşahidəçilər həmçinin Pekinin Moskvaya artan iqtisadi və siyasi təsirinə diqqət çəki. Onlar Rusiyanı Çinin “kiçik qardaşı” adlandırıblar.

Le Monde yazır ki, Putin bir gün əvvəl Si ilə görüşündə Çinin “irəli sıçrayışının effektivliyinə bir az paxıllıq etdiyinni” dilə gətirib. Beləliklə, qəzet hesab edir ki, Rusiya prezidenti dolayı yolla Rusiyanın Çindən asılı vəziyyətə düşdüyünü təsdiqləyib. Bu fikri The Washington Post qəzetinin yazarı David İqnatius da paylaşır, o, dövlət başçılarının görüşünün yekunlarına dair məqaləsində Çin liderinin Moskva səfərini və apardığı danışıqları “xəstə qohumuna ziyarət” adlandırıb.

Corctaun Universitetinin əməkdaşı Filip İvanov Xarici Siyasət köşəsində yazır ki, Çin və Rusiya sovet dövrü ilə müqayisədə rollarını dəyişiblər. İndi “böyük qardaş” kimi çıxış edən Pekindir. Bununla belə, onun fikrincə, Rusiyanı hələlik Çinin vassalı adlandırmaq olmaz: “Rusiya əsas nüvə dövləti və bütün dünya üçün əhəmiyyətli enerji, resurslar və ərzaq ixracatçısı olaraq qalır”, deyə İvanov yazıb. Analitik qeyd edir ki, Moskva “daha güclü Çinlə” münasibətlərdə çəkisini, o cümlədən ABŞ-la uzunmüddətli rəqabət üçün lazım olan çəkisini saxlayır.

Bloomberg isə Pekin və Moskvanın indi eyni anti-Qərb mövqelərini ifadə etməsinə diqqət çəkir. Görüşdən sonra verilən birgə bəyanatlar əsasən ÇXR-in irəli sürdüyü anti-Amerika prinsiplərini təkrarlayır. Bu prinsiplər arasında “rəngli inqilablara” qarşı mübarizə və NATO-nun “sivilizasiya müxtəlifliyinə” hörmətlə yanaşmağa çağırışı var.

Rusiya və Çin liderləri yeni dünya düzənini formalaşdırmaq istəyirlər”, deyə Reuters qeyd edir: “XS gedərkən Putinə dedi: “100 ildə görünməyən dəyişikliklər oldu. Biz birlikdə olanda bu dəyişiklikləri idarə edirik”. Cavab olaraq Putin “Razıyam” dedi” deyə nəşr səfərin son dəqiqələrini təsvir edir.

Putin bildirib ki, Si ilə danışıqlar zamanı “Sibirin gücü-2” qaz kəmərinin tikintisi də müzakirə olunub. Lakin tərəflərin dərc etdiyi yekun razılaşmalar arasında qaz kəməri ilə bağlı sənəd yoxdur. Çin prezidenti qaz kəməri ilə bağlı sazişin mövcudluğundan da danışmayıb.

Bloomberg-in məlumatına görə, Moskva bu layihənin həyata keçirilməsində və Çinə indikindən daha böyük həcmdə qazın satılmasında çox maraqlıdır. Lakin Si bununla bağlı Putinə açıq-aydın razılıq vermədi, hətta “Sibirin Gücü 2” qaz kəməri ilə bağlı minimal irəliləyişlə bağlı heç bir işarə vermədi.

Enerji Siyasəti Araşdırmaları Fondunun baş analitiki Butt Ogerel hesab edir ki, Çin Avropanın səhvini təkrarlamamaq üçün yanacaq mənbələrini diversifikasiya etməyə çalışır.

Müşahidəçilər bildirirlər ki, Ukrayna məsələsində Si də Rusiyanın tərəfində olmaqdan imtina edib. Honq Konq Universitetinin dosenti Donqşuu Lyunun sözlərinə görə, Çin “Rusiyanın sağ qalmasını” istəyir, lakin Moskvanı tam dəstəkləmək istəmir.

“Çin Xalq Respublikasının sədri münaqişələrin sülh yolu ilə həllinə sadiqlik bəyanatları ilə məhdudlaşıb. Si Qərbə qarşı Putinlə güclü həmrəylik nümayiş etdirdi, lakin o, Ukrayna münaqişəsini demək olar ki, xatırlamadı. Amerikanın Müharibə Araşdırmaları İnstitutunun yazdığı kimi, Putin çox güman ki, tam ehtiyac duyduğu və arzuladığı tərəfdaşlığa nail ola bilməyib.

Bundan əlavə, Corciya Dövlət Universitetinin Rusiya-Çin münasibətləri üzrə eksperti Mariya Repnikova hesab edir ki, “Rusiya xalqı seçkilərdə Putini dəstəkləyəcək” deyəndə “Si Tsinpinq faktiki olaraq Putinin yenidən seçilməsi üçün kampaniyaya başlayıb”.

Tərcümə Poliqon-a aiddri

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Ən çox oxunanalar