Şənbə, 03 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Balkanlarda Rusiyaya qarşı durmağa çalışır...

ABŞ prezidenti Rusiyanın Balkanlarda təsirinə qarşı mübarizə üçün 108 milyon dollar istəyir...

ABŞ prezidenti Co Bayden qanunvericilərdən növbəti maliyyə ilində (oktyabrın 1-dən başlayaraq) Rusiyanın Qərbi Balkanlarda iddia edilən “zərərli təsiri” ilə mübarizə üçün büdcədən 108 milyon dollar ayırmağı xahiş edir.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Avrasiya məsələləri üzrə rəhbərinin köməkçisi Erin MakKi məlumat verib.

Onun sözlərinə görə, Rusiyabnın təsiri “Ukrayna, Belarus və Moldova sərhədlərindən kənara çıxır”. MakKi bildirib ki, Moskva “etnik parçalanmaları qızışdırmaqla və ya gücləndirmək, demokratiya və siyasi prosesləri sarsıtmaq səylərini davam etdirmək, dezinformasiya yaymaq sülh və sabitliyi pozmaq məqsədilə Qərbi Balkanlarda yerli parçalanmalardan istifadə etməyə çalışır”.

Prezidentin Qərbi Balkanlar üçün 108 milyon dollarlıq tələbi həm demokratik, həm də iqtisadi sahədə inteqrasiyanın gücləndirilməsi, ölkələr arasında dayanıqlığın və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün mühüm maliyyə vəsaiti təmin edir”, deyə o, komitədə keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, Bayden digər şeylərlə yanaşı, “Rusiyanın Bosniya və Herseqovinadakı təsirini yumşaltmaq üçün 31 milyon dollar istəyib. Bura maraqlı tərəflərə Cənub-Şərqi Enerji Birliyi qarşısında müqavilə öhdəliklərinə uyğun olaraq yerli təbii qaz sektorunda islahatların aparılmasına və yenidən qurulmasına köməklik daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi - Foto

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? - Video

Kişinyovda sərhəd razılaşması... - 1975-ci il xəritəsi Azərbaycanın maraqlarına cavab verir?

Araik Xocalıda Azərbaycan polisinə təhvil verilə bilər?...

Rusiyanın Belarus planı: Lukaşenkonun yerini kim tutacaq?

Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik

Kişinyov görüşü nə qədər səmərəli oldu? - Tərəflərin susqunluğu nədən xəbər veirir?..

Ən çox oxunanalar