Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leo Doçertinin Ermənistana səfərində Azərbaycanı narahat edə biləcək nəsə var?

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nikol Paşinyanla görüşüb...

Politoloq: “Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçertinin İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirməsi müəyyən narahatlıqlara səbəb ola bilər”.

Ermənistan ərazisində Rusiyanın bazası olan dövlətdir. Buna görə də Paşinyan-Doçertin görüşündə məhz Cənubi Qafqaza yönəlik məsələlərin geniş kontekstdə müzakirəsi ehtimal olunur”.

Bu sözləri politoloq İlyas Hüseynov Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri İrəvan səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçertinin İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bildiyimiz kimi Böyük Britaniyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı Azərbaycandır. Bununla yanaşı Böyük Britaniyalı nazir Nikol Paşinyanla strateji dialoqun başlanması, müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib.

Britaniyalı nazirin Ermənistana səfərində Azərbaycanı narahat edə biləcək nəsə var?

Azərbaycan-Böyük Britaniya münasibətlərini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət nazirinin İrəvan səfərini yalnız məsləhətləşmə və mövqenin hazırkı durumda öyrənilməsi kimi dəyərləndirmək olar”.

Bu prosesləri rəsmi Bakının da diqqətdə saxlamalı olduğunu düşünən politoloq vurğulayıb ki, elə etmək lazımdır Ermənistan-Britaniya dialoqu heç də Azərbaycan-Böyük Britaniya münasibətlərinə xələl gətirməsin:

“Qeyd edim ki, müstəqilliyimizi bərpa edəndən sonra Azərbaycanla Böyük Britaniya arasında güclü strateji münasibətlər formalaşıb. Neft, qaz sahəsində olan Böyük Britaniyanın BP şirkətinin sərmayələri ikitərəfli münasibətlərdə kifayət qədər ciddi məqamdır. Eyni zamanda Vətən müharibəsində də Azərbaycanın haqlı mövqeyini Böyük Britaniya BMT-nin Təhlükəsizlik Şurasında müdafiə etdi. Bu da xüsusi diqqət çəkən məqamdır.

Lakin Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçertinin İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirməsi müəyyən narahatlıqlara səbəb ola bilər. Aydındır ki, bu gün dünya dəyişir, müxtəlif transformasiyalar həyata keçirilir. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın mövqelərinin zəiflədilməsinə yönəlik bir siyasəti də müşahidə edirik. Xüsusilə, anqlo-sankson cəbhəsini təmsil edən qruplar burada fəaldırlar. Şübhəsiz ki, ABŞ və Böyük Britaniya əsas bu müharibədə Ukraynanı müdafiə edir.

İlyas Hüseynov: “Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini Böyük Britaniya BMT-nin Təhlükəsizlik Şurasında müdafiə etdi”.

Eyni zamanda da Ermənistan ərazisində Rusiyanın bazası olan dövlətdir. Buna görə də Paşinyan-Doçertin görüşündə məhz Cənubi Qafqaza yönəlik məsələlərin geniş kontekstdə müzakirəsi ehtimal olunur.

Əlbəttə ki, bu prosesləri rəsmi Bakı da diqqətdə saxlamalıdır. Elə etmək lazımdır ki, Ermənistan-Britaniya dialoqu heç də Azərbaycan-Böyük Britaniya münasibətlərinə xələl gətirməsin. Təbii ki, Azərbaycanın milli maraqları ən öndə olan hissəni təşkil etməlidir. Buna da çalışmaq lazımdır.

Məlumdur ki, Böyük Britaniya müxtəlif yerlərdə maraqlarının təmsil olunduğu böyük dövlətdir. Buna görə də, Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət nazirinin İrəvan səfərini yalnız məsləhətləşmə və mövqenin hazırkı durumda öyrənilməsi kimi dəyərləndirmək olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Ən çox oxunanalar