Şənbə, 03 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya nüvə silahlarını Belarusda niyə yerləşdirilir? - ISW

Kreml Belarus ordusu üzərində nəzarəti gücləndirmək üçün nüvə silahını bu ölkədə yerləşdirir...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında deyilir.

Dünən məlum olub ki, Rusiya və Belarus nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsi ilə bağlı saziş imzalayıblar.

Analitiklər bəyan edirlər ki, Rusiya artıq silahları Belarusda yerləşdirmədən də planetin istənilən nöqtəsinə nüvə hücumu həyata keçirmək imkanına malikdir. Bundan əlavə, ISW nüvə silahından istifadə ilə bağlı ssenarini son dərəcə mümkünsüz hesab edir.

Eyni zamanda, analitiklər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Belarusda yerləşdiriləcəyi təqdirdə taktiki nüvə silahlarına nəzarəti əlində saxlayacağını vurğulayan sözlərinə diqqət çəkib. Şoyqu həmçinin hərbi infrastrukturun inkişafı, birgə döyüş hazırlığının genişləndirilməsi və “İttifaq dövləti”nin sərhədləri yaxınlığında kəşfiyyat fəaliyyəti üçün Belarusa əlavə rus qoşunları göndərəcəyini vəd edib.

“Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi həm mühüm hərbi infrastruktur, həm də Rusiyanın Belarus silahlı qüvvələrinin bölmələri üzərində komandanlıq və nəzarətini tələb edir. Yəqin ki, Kreml bu tələblərdən Belarusun təhlükəsizlik sferasını Rusiyaya daha da tabe etmək üçün istifadə etmək niyyətindədir, deyə ISW qeyd edir.

Qeyd edək ki, bu il martın sonunda Vladimir Putin Belarusda taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisinə artıq başlanıldığını bəyan edib. Obyektin iyulun 1-dək təhvil verilməsi planlaşdırılır.

Mayın 25-də Rusiya və Belarusun müdafiə nazirləri Belarus ərazisində qeyri-strateji nüvə silahlarının saxlanması proseduruna dair sənədlər imzalayıblar. Eyni zamanda Aleksandr Lukaşenko bəyan edib ki, nüvə silahları artıq Rusiyadan Belarusa daşınmağa başlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi - Foto

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? - Video

Kişinyovda sərhəd razılaşması... - 1975-ci il xəritəsi Azərbaycanın maraqlarına cavab verir?

Araik Xocalıda Azərbaycan polisinə təhvil verilə bilər?...

Rusiyanın Belarus planı: Lukaşenkonun yerini kim tutacaq?

Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik

Kişinyov görüşü nə qədər səmərəli oldu? - Tərəflərin susqunluğu nədən xəbər veirir?..

Ən çox oxunanalar