Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankarada ilk dəfə "TEKNOFEST" aerokosmik və texnologiya festivalı keçirilir

Bu gün Türkiyənin paytaxtı Ankarada ilk dəfə dünyanın ən böyük aerokosmik və texnologiya festivalı - "TEKNOFEST" keçirilir...

“Report”un Ankara bürosunun xəbərinə görə, tədbir Etimesgut Hava Limanında təşkil olunub və sentyabrın 3-nə qədər davam edəcək.

"TEKNOFEST" milli texnologiyaları inkişaf etdirməyi hədəfləyən, Türkiyə Texnologiya Komandası ("Türkiye Teknoloji Takımı” – T3 Vəqfi) ilə ölkənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkil etdiyi ilk və yeganə festivaldır.

Tədbirdə ASELSAN, ROKETSAN, "Baykar", BMC, HAVELSAN, TÜBİTAK, STM, "Türk Aerokosmik Sənayesi", TUSAŞ, "Türk Hava Yolları", "Türk Hava Qurumu", "Türksat" və "Turkcell" kimi qurumlar, Boğaziçi Universiteti, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Orta Doğu Texniki Universiteti, Qaradəniz Texniki Universiteti kimi ali təhsil müəssisələri maraqlı tərəf kimi çıxış edir.

Milli texnologiyaların təbliği və inkişafı insanların bu sahədə məlumatlılığının artırılması məqsədi daşıyır.

Festivalda seminarlar, mükafatlı texnologiya yarışmaları və yerli texnologiya sərgiləri, Paraşüt, Solo Türk, Türk Ulduzları və bu kimi yerli-beynəlxalq təşkilatların hava şoularının da keçirilməsi nəzərdə tutulub.

TEKNOFEST-in İdarə Heyətinin sədri Selçuk Bayraktarla görüşmək fürsəti qazanan ziyarətçilər Elektrikli Velosiped və Mülki Uçuş Bileti kimi möhtəşəm hədiyyələrlə yanaşı, hər günün sonunda sürpriz hədiyyələrlə qarşılaşacaqlar.

Ziyarətçilər TEKNOFEST çərçivəsində gənclər arasında keçirilən raket yarışmasında Planetarium, Virtual Reallıq Tuneli, T3 Vəqf Çadırı, Seminarlar, TUA İmza Günü, Əsas Səhnə Konsertləri, Şaquli Külək Tuneli, İqlim Tuneli, Günəş Müşahidəsi, Elm Küçəsi, Kosmos Temalı Şişmə Oyun Meydançası, İsti Hava Balonu və Gənclik Sahələri, Sərgi Sahələri ilə tanış olacaqlar.

Festivalda Azərbaycana məxsus təyyarə də nümayiş etdirilir.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Pompeo: Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar