Şənbə, 24 Fevral 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan qalıcı olaraq 3+3 formatında qala biləcək?

Artıq Rusiya və KTMT ilə əlaqələrini maksimum şəkildə məhdudlaşdıraraq Qərbə istiqamətlənən Ermənistanın 3+2 platformasındakı yerini necə dəyərləndirmək olar?..

Politoloq: “İrəvan faktiki olaraq yerdəki qonşularının maraqlarına qarşı çıxaraq regiona yad olan ölkələrin maraqlarının təmsilçisinə çevrilib. Mən zənn etmirəm ki, bu uzun zamanda Ermənistanın maraqlarına xidmət edir”.

“İndi Azərbaycan timsalında görünür ki, ABŞ, Avropa Birliyi, Fransa bizim daxili işlərimizə qarışmağa cəhdlər göstərirlər”.

Bu sözləri politoloq Tofiq Abbasov 3+3 formatının gələcəyini Poliqon-a şərh edərkən qeyd edib.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar yerli mətbuata müsahibəsində söyləyib ki, onlar 3+3 formatındakı görüşlərə bölgədəki ölkələrin qonşu kimi müzakirə edə bildiyi format kimi baxırlar. O, qeyd edib ki, ilkin mərhələdə münaqişə, sülh müqaviləsi, nizamlanma kimi məsələlər bu formatda müzakirə mövzusu olmamalıdır. Klaar hesab edir ki, nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməmək üçün heç bir real səbəb yoxdur, çünki üzərində olan məsələlər çox azdır. Aİ rəsmisi həmçinin vurğulayıb ki, AzərbaycanErmənistanın münasibətlərinin normallaşması istiqamətində irəliləyiş olmaması üçün heç bir səbəb yoxdur.

Toivo Klaarın nə düşünməsindən, necə yanaışasından asılı olmayaraq, fakt budur ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin 3+3 formatında müzakitəsinə qarşı çıxan Avropa İttifaqı obyektiv ola bilmədiyi kimi, bütövlükdə regiona baxışlarında kifayət qədər ziddiyətli sahibdirlər. O da fakdır ki, hazırda 3+2 formatına çevrilən 3+3 formatı Cənubi Qafqazda daha çox anti-Qərb platformasına çevrilməkdədir. Yəni Gürcüstanın platformada iştirak etmədiyini nəzərə alarsaq, regiondakı qonşu ölkələr arasında tək Ermənistan hazırda Qərbpərəst siyasət yürütməyə çalışır ki. bu da Qərb üçün Cənubi Qafqazda heç də asan olmayacağının gösrəicisisdir. Məhz bu səbəbdən regiona Ermənistanın əliylə daxil olmağa çalışan Qərb Azərbaycana qarşı təzyiqlərini hər gün daha çox artırır. Lakin bu heç də o demək deyil ki, Qərb, xüsusi ilə ABŞ və Fransa istəklərinə nail olacaqlar.

Məsə ondadır ki, yürütdükləri birtərəfli siyasət nəticəsində Qərbin Cənubi Qafqaazda zəif və darmadağın Ermənistandan başqa müttəfiqi qalmayıb. Bu isə Qərbin Cənubi Qafqazda uğurlu ola bilməsini istisna etdiyi kimi, Qərbdən gələn küləyə yelkən açan Ermənistan üçün də yaxşı heç nə vəd etmir. Hər halda Ermənistanın da 3+2 platformasında qalıcı olacağına ciddi şübhələr var. Çünki Ermənistan artıq əks qütbdə yer alıb.

Artıq Rusiya və KTMT ilə əlaqələrini maksimum şəkildə məhdudlaşdıraraq Qərbə istiqamətlənən Ermənistanın 3+2 platformasındakı yerini necə dəyərləndirmək olar? Ümumiyyətlə, İrəvan uzun müddət bu platformada qala biləcək?

Ermənistanın 3+2 platformasındakı yerini Poliqon-un əməkdaşı politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “Ermənistan bu formatdan kənarda qalmağı heç zaman istəməsə də, düşünürəm ki, Paşinyanın yürütdüyü hazırkı siyasət faktiki olaarq İrəvanı bu formatdan kənarda qoyur”.

Ermənistan 3+3 formatında demək olar ki, müşahidəçi kimi çıxış etdiyinə diqqət çəkən politoloq vurğulayan siyasi şərhçi Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan bütün səlahiyyətlərini kənar qüvvələ həvalə edib:

“Əslində, bu platforma iqtisadi əməkdaşlıq platformasıdır, siyasi platforma deyil. Siaysi anlamda bu platforma daha çox məşvərət platformasıdır və ümumi niyyət ondan ibarətdir ki, bölgədə yaranan problemlər, çağırışlar kollektiv surətdə dəyərləndirilsin, digər tərəfdən hətta lazım gələrsə, qonşu ölkələr bir-birinə kollektiv işlərlə, səylərlə əncam çəksinlər. Yəni bu sözün əsil mənasında gələcəyin platformasında çevrilə biləcək bir yanaşmadır.

Amma bu gün bölgədə olan çağırışların, problemlərin mahiyyətinə nəzər salsaq görərik ki, həm çox predmetli məsləhətləşmələrə böyük ehtiyac var, həm də buna görə sosial sifarişlər var. Təbii qonşuluqdan söhbət gedirsə, əmin-amanlı bir format olmalıdır ki, tərəflər bir-birlərini eşidə bilsinlər. Tehranda xarici işlər nazirlərinin görüşündə ümumi rəy ondan ibarət oldu ki, bölgədə yerləşən dövlətlər mövcud problemləri kollektiv səydə elə bir tərzdə həm qarşılayıb, həm də həll etsinlər ki, kənar qüvvələr buraya gəlməsinlər.

İndi Azərbaycan timsalında görünür ki, ABŞ, Avropa Birliyi, Fransa bizim daxili işlərimizə qarışmağa cəhdlər göstərirlər. Onlar çalışırlar Ermənistanın zəifliyindən, başı pozuq siyasət aparmasından sui-istifadə etsinlər və Ermənistanı tək Azərbaycana qarşı yox, bütün bölgə dövlətlərinə qarşı çevirsinlər. Deyərdim ki, son vaxtlar Moskva, Tehran və Ankara arasında daha etibarlı münasibətlər yaranıb. Həm bu dövlətlər eləcə də, Azərbaycan israrlıdırlar ki, həqiqətən də problemlərin həlli tapılsın və problemlərdən problem çıxmasın. Mən deyərdim ki, indi daha çox dördlüyə üstünlük verirəm.

Tofiq Abbasov: “Pentaqonun rəhbəri Loyd Ostin bu format haqqında danışdı. O, Gürcüstana gəldi və dedi ki, onlar bu formatla razı deyillər. Soruşan lazımdır ki, sən kimsən və sənin bu formata nə dəxlin var? ”.

Doğrudur, Gürcüstan Tehranda yox idi, amma Gürcüstan tərəfindən danışan adam var idi. Ermənistan isə sadəcə qələmlə bir quş qoymaqdan ötrü gəlib iştirak edir, amma öz rəyini bildirmir, öz münasibətini açıqlamır. Yəni faktiki olaraq Ermənistan 3+3 formatında müşahidəçi kimi çıxış edir. Artıq Ermənistan elə bir dövlətdir ki, onun rəyi də, münasibəti də heç bir şeyi həll etmir. Biz bunu görürük. Faktiki olaraq Nikol Paşinyan o dərəcədə boşluqlar yaradır ki, Fransa və ABŞ ondan sükanı istəyirlər. Demək olar ki, Ermənistan bütün səlahiyyətlərini kənar qüvvələ həvalə edib.

Ona görə də Ermənistanın bu platformada nə qədər qalacağı önəmli deyil. Ermənistan onsuz da bu formatda Qərbin təmsilçisi kimi çıxış edir və mən düşünürəm ki, İrəvan buna görə yaxın zamanlarda istər Rusiyanın, istərsə də İranın qəzəbini öz üzərinə çəkəcək. Ermənistan bu formatdan kənarda qalmağı heç zaman istəməsə də, düşünürəm ki, Paşinyanın yürütdüyü hazırkı siyasət faktiki olaarq İrəvanı bu formatdan kənarda qoyur. Hesab edirəm ki, Ermənitan qısa zamanda bunun acılarını hiss edəcək. Çünki İrəvan faktiki olaraq yerdəki qonşularının maraqlarına qarşı çıxaraq regiona yad olan ölkələrin maraqlarının təmsilçisinə çevrilib. Mən zənn etmirəm ki, bu uzun zamanda Ermənistanın maraqlarına xidmət edir.

3+3 formatı Qərbdə qıcıqla qarşılanır. Birinci dəfə Pentaqonun rəhbəri Loyd Ostin bu format haqqında danışdı. O, Gürcüstana gəldi və dedi ki, onlar bu formatla razı deyillər. Soruşan lazımdır ki, sən kimsən və sənin bu formata nə dəxlin var? Bölgənin açarları bölgədə yerləşən dövlətlərdə olmalıdır. Bu proseslərdə də prezident İlham Əliyev nahaq yerə təşəbbüskarlıq göstərmədi. O gördü ki, post-müharibə dövründə artıq yeni bir reallıqlar yaranır və bu reallıqların özünün məğzində sülh, əmin-amanlıq və bir-birinə qarşılıqlı hörmətlə yanaşma durmalıdır. Yəni biz qonşuluq siyasətinə üstünlük vermişik.

Düzdür, çalışdılar bölgədə İranla Azərbaycanı üzə-üzə qoysunlar. Mən deməzdim olanlar İranın şəxsi təşəbbüsüdür. İranda sırf anti-Azərbaycan mövqeyindən çıxış edən qüvvələr var idi və o qüvvələr indi də var. Amma çox gözəl məqam odur ki, rəsmi Bakının sözü sözdür və belə də olmalıdır. Amma bəzi hallarda İranda çaşqın mövqe tutan qüvvələrə üstünlük verilir, sonra rəsmi Tehran bütün proseslərə nəzarət etməyə başlayır.

Tofiq Abbasov: “Kənar təsirlər həmişə özləri ilə bərabər başağrısı və problemlər gətirirlər”.

Əslində, həm Tehran, həm Moskva, həm Ankara, həm də Bakı demək olar bir dalğaya kökləniblər. Buna da Toivo Klaarlar müxalifət dərəcədə münasibətlər bildirə bilərlər. Biz görürük ki, Avropa Birliyi öz mövqelərini Fransaya təhvil verib və Fransa onun adından danışır, çalışır birinci dövlət kimi orada nümayiş etdirsin. Halbuki, o ikinci iqtisadiyyatı təmsil edir. Birinci iqtisadiyyat da Almaniyadadır.

Əlbəttə ki, biz bu proseslərə dırnaqarası baxa bilmərik. 3+3 platformasının çox böyük gələcəyi var. Təsadüfi demirlər ki, daimi müttəfiqlər yox, daimi maraqlar var. Bəli, bu maraqları da uzlaşdırmaq olur. Bir halda ki, siyasi dialoq predmetlər ətrafında keçirsə, gah mıxa, gah nala vurmaq yanaşması yoxdursa, su durulur və altında olub maneçilik törədən daşlar da aradan qaldırılır.

Hesab edirəm ki, bu formatda əsas göstərici kimi o yekdil yanaşmadır. Əgər bölgədə biz mövcuduqsa, gərək problemləri də özümüz həll edək və kənar təsirlərdən özümüzü sığortalayaq. Çünki kənar təsirlər həmişə özləri ilə bərabər başağrısı və problemlər gətirirlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat: "Qurana and içmişəm ki, onun ölüm hökmünü özüm çıxaracağam"

Almaniyada vəfat edən Xalq artistimizin cənazəsi yandırılıb: Külü dənizə səpiləcək - Foto

Rusiya Ermənistanda məcburən B planını keçə bilərmi?

Sahil Babayev Elman Rüstəmovun kadrına vəzifə verdi - Foto

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? - Video

Konstitusiya Məhkəməsinin yeni hakimi kimdir? - Dosye

Paşinyan Rusiyaya meydan oxuyur və qırmızı xətləri keçir...

Deputatla bağlı daha bir Britaniya qalmaqalı... - Cavanşir Feyziyevin 39 milyon funt sterlinqlik əmlakına həbs qoyulub

25 minlik məzar, yoxsa evin həyətində dəfn: Qəbiristanlıqlarda hansı dəyişikliklər olacaq? 

Zaur Mikayılov Şafiq Heydərovun əməllərindən nə vaxt xəbər tutacaq?..

Ziyalılardan çağırış: qanunu və vətəndaşların haqqını tapdamayın

Ən çox oxunanalar