Şənbə, 24 Fevral 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS Qəzzada öz hakimiyyətini qoruyub saxlaya biləcək?

İsrail və ABŞ HƏMAS-ı tamamilə ləğv edəcəkləri barədə dəfələrlə bəyanat veriblər. Amma sonucda HƏMAS-la atəşkəs imzaladılar...

Politoloq: “Qəzza əməliyyatından sonra HƏMAS ağır zərbələr alıb zəifləsə də, hesab edirəm ki, anklavda öz hakimiyyətini nisbətən qoruyub saxlayacaq. Bu isə İsraildən daha çox Fələstin dövlətinə ziyan vuracaq”.

“Hesab edirəm ki, bu əldə olunan müvəqqəti atəşkəs daha çox HƏMAS-ın xeyrinə işlədi. Yeni savaşın başlanğıcında bunun şahidi olacağıq”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı HƏMAS və İsrailin hərbi əməliyyatlarda fasilə elan etmələrini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən HƏMAS və İsrail hərbi əməliyyatlara fasilə vermək və və girovların bir qisminin azad olunması ilə bağlı razılığa gəliblər.

Razılaşma dörd günlük atəşkəsə əsaslanır. HƏMAS-ın Telegram kanalında bildirilir ki, hərəkat bu müddət ərzində 50 girovu, o xümlədən 19 yaşından kiçik qadın və uşaqları azad edəcək. Bunun müqabilində İsrail öz həbsxanalarıdan 150 fələstinli qadın və azyaşlı uşağı azad edəcək.

Atəşkəs dövründə Qəzza zolağına “yüzlərlə yük maşını humanitar, təcili və tibbi yardım” və yanacaq buraxılacaq. Qəzza zolağının cənub hissəsi üzərində uçuşlar dörd gün müddətinə dayandırılacaq, şimalda isə altı saatlıq, saat 10:00-dan 16:00-a qədər qadağa qoyulacaq. HƏMAS qeyd edib ki, razılaşma Qətər və Misirin səyləri ilə əldə olunub.

Bu razılaşma öz-özlüyündə HƏMAS-ın mövqeyini nə qədər gücləndidir? Çünki İsrail və ABŞ HƏMAS-ı tamamilə ləğv edəcəkləri barədə dəfələrlə bəyanat veriblər.

HƏMAS-la hazırkı razılaşma nədən xəbər verir? Bu razılaşmadan sonra HƏMAS Qəzzada öz hakimiyyətini qoruyub saxlaya biləcək?

İsrail-HƏMAS müharibəsini Poliqon-un əməkdaşı siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: HƏMAS-ın Qəzzadakı mövcudluğu Fələstin dövlətinin Qərb dövlətləri tərəfindən tanınmasına əsas əsas maneədir. Görünür ki, İsrail də bunu nəzərə alaraq hərəkət edir”.

Bu razılaşmada HƏMAS-ın qalib tərəf göründüyünü vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, 150 fələstinli məhbusa qarşı 50 israilli girov azad ediləcək ki, bu da belə diplomatik müharibədə HƏNAS-ın nisbi üstünlüyünü göstərir:

“Bu cür atəşkəslər müasir müharibələrin hamısına xas xüsusiyyətdir. Burada qeyri-adi heç nə yoxdur və əslində gözlənilən idi. Onun üçün də, düşünürəm ki, birdəfəlik atəşkəsin əldə olunmasına ümidlənməyə dəyməz. Təbii ki, könül istərdi ki, bu atəşkəs baş tutsun və qalıcı olsun. Amma indiki vəziyyətdə bu mümkünsüz görünür. Çünki İsrail rəhbərliyi, eləcə də, bu ölkənin “böyük bacısı” sayılan Amerika HƏMAS-ı tamamilə məhv edəcəklərini ilk gündən bəyan ediblər. İndi bu proses baş verəcəkmi? Artıq bu sual doğurmaya başlayıb. Çünki savaş başladığı ilk günlərdən mövcud durum nisbətən dəyişib. Üstəlik müharibə artıq ay yarımdır davam edir ki. bu da İsrailin xeyrinə deyil.

Atəşkəsin elan olunması HƏMAS və onu altdan-altdan dəstəkləyən qüvvələrdə özünə inam yaradıb. HƏMAS da sıradan çıxarılmadan müvəqqəti atəşkəs əldə olunsa, bu, ABŞ və İsrailin ciddi məğlubiyyəti sayılacaq, eyni zamanda, Rusiyanın, həmçinin, Fələstini canı könüldən, səmimi şəkildə dəstəkləyən Türkiyənin böyük uğuru olacaq. Bu Ntanyahunun öz “sözünü yeməsi” anlamına gəlir. Bayden adminstrasiyası da heç də güclü görünmür. Ona görə də mən Netanyahunun siyasi gələcəyinə artıq inanmıram.

Cavanşir Abbaslı: “Hesab edirəm ki, bu əldə olunan müvəqqəti atəşkəs daha çox HƏMAS-ın xeyrinə işlədi”.

Qəzza əməliyyatından sonra HƏMAS ağır zərbələr alıb zəifləsə də, hesab edirəm ki, anklavda öz hakimiyyətini nisbətən qoruyub saxlayacaq. Bu isə İsraildən daha çox Fələstin dövlətinə ziyan vuracaq. Çünki HƏMAS-ın Qəzzadakı mövcudluğu Fələstin dövlətinin Qərb dövlətləri tərəfindən tanınmasına əsas əsas maneədir. Görünür ki, İsrail də bunu nəzərə alaraq hərəkət edir.

Partiya funksioneri bir sıra vacib məqamları da önə çəkdi: “Bildiyiniz kimi, bu razılaşma daha çox əsir mübadiləsi ilə bağlıdır. 4 gündən sonra müharibə yenidən alovlanacaq. Bu razılaşmada HƏMAS qalib tərəf görünür, çünki 150 fələstinli məhbusa qarşı 50 israilli girov azad ediləcək ki, o da belə müharibələr üçün üstünlük sayıla bilər. Eyni zamanda, humanitar yardımla dolu 300 yük maşını Qəzzaya daxil olacaq. Bu da sevindirici xəbər olmaya bilməz. Hesab edirəm ki, bu əldə olunan müvəqqəti atəşkəs daha çox HƏMAS-ın xeyrinə işlədi. Savaşın bundan sonrakı mərhələsində bunun şahidi olacağıq.

HƏMAS-ın Qəzzada öz hakimiyyətini qoruyacağını proqnozlaşdırıram. Çünki, son savaş əvvəlkilərdən çox fərqlənir. Bu savaşda dünyanın iri güclərinin üz-üzə dayandıqlarını desək yalan olmaz. Onun üçün də, sonda tərəflər mövqeyində qalmaqla ilkin razılıq əldə olunacaq. O da, bu günmü, sabahmı olacaq, bunu zaman göstərəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat: "Qurana and içmişəm ki, onun ölüm hökmünü özüm çıxaracağam"

Rusiya Ermənistanda məcburən B planını keçə bilərmi?

Almaniyada vəfat edən Xalq artistimizin cənazəsi yandırılıb: Külü dənizə səpiləcək - Foto

Sahil Babayev Elman Rüstəmovun kadrına vəzifə verdi - Foto

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? - Video

Paşinyan Rusiyaya meydan oxuyur və qırmızı xətləri keçir...

Konstitusiya Məhkəməsinin yeni hakimi kimdir? - Dosye

Deputatla bağlı daha bir Britaniya qalmaqalı... - Cavanşir Feyziyevin 39 milyon funt sterlinqlik əmlakına həbs qoyulub

Ziyalılardan çağırış: qanunu və vətəndaşların haqqını tapdamayın

Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir

Zaur Mikayılov Şafiq Heydərovun əməllərindən nə vaxt xəbər tutacaq?..

Ən çox oxunanalar