Şənbə, 24 Fevral 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqının missiyası Ermənistanın təhlükəzsiliyini təmin edə bilərmi?

Ermənistan ilə Avropa İttifaqı arasında Ermənistandakı missiyanın statusu haqqında saziş imzalanıb...

Politoloq: “Ermənistan tədircən özünün təhlükəsizlik sistemini Rusiya ilə deyil, Qərblə bağlayır. Bu kontekstdə Ermənistan diplomatiyası ciddi şəkildə fəaliyyətdədir”.

“Belə bir vəziyyət əlbəttə, Rusiyanı və Ermənistanla həmsərhəd olan İranı narahat etməyə bilməz”.

Bu sözləri politoloq Natiq Miri Ermənistanla Avropa Birliyi ilə Ermənistan arasında imzalanmış sazişi Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Respublikası ilə Avropa Birliyi arasında Ermənistandakı missiyanın statusu haqqında saziş imzalanıb. Bilirik ki, bütün regional oyunçular, xüsusən Rusiyaİran bu missiyaya qarşıdır. Onlar bu missiyanın Ermənistanda kəşfiyyat fəaliyyəti ilə məşğul olduqlarını iddia edirlər.

AB-nin Ermənistanla imzaladığı saziş Cənubi Qafqaza, əsasən də Rusiya-Ermənistan, İran-Ermənistan münasibətlərinə nə vəd edir? Ümumiyyətlə, Aİ missiyası Ermənistanın təhlükəzsiliyini təmin edə bilərmi?

Ermənistanın Qərbəyönəlik siyasətini Poliqon-un əməkdaşı Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Qərb dünyasını Ermənistana cəlb etməklə İrəvan regionda qarşıdurma yaradır”.

Rahatlıqla Rusiyanın Ermənistandan çıxacağını kimlərsə, düşünürsə, bunun yalnış yanaşma olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, buna görə də yaxın gələcək prespektivdə vəziyyətin çox böhran vəziyyətə gəlmə ehtimalı böyükdür:

Ermənistanda mövcud olan Avropa Birliyinin müşahidə şurasının sayının artırılması ilə bağlı konkret qərar qəbul olunub. Bu yöndə artıq Avropa Birliyi ilə Ermənistan arasında da saziş imzalanıb. Doğrudur bu sazişin tərkib hissəsi ictimaiyyətə açıqlanmır. Ancaq hiss olunur ki, bu missiyanın sayının dəfələrlə artırılması və gələcək prespektivdə onların silahlandırılması məsələsi də gündəmdədir. Əks təqdirdə bunu bütün ictimaiyyətə açılmamış olardılar. Bu da Ermənistanın təhlükəzsiliyini təmin etmək xarakteri daşıyır.

Yəni, əvvəl 5-6 nəfərlə gələn bu missiya sonradan onlarla və yüzlərlə gəlməyə başladı. Qətiyyən şübhə etmirəm ki, bunların sayı minə qədər qaldırılacaq və hətta, təhlükəsizliyi təmin etmək üçün onlara silahlar da veriləcək. Dolayısı ilə onlar müşahidə şurasından Qərbin, NATO-nun ordusuna çevrilir. Bu da onu göstərir ki, Ermənistan tədircən özünün təhlükəsizlik sistemini Rusiya ilə deyil, Qərblə bağlayır. Bu kontekstdə Ermənistan diplomatiyası ciddi şəkildə fəaliyyətdədir. Bir tərəfdə Fransa, başqa bir tərəfdə ABŞ, başqa bir tərəfdə Avropa Birliyinin digər dövlətləri və nəhayət Britaniya ilə Ermənistanın təhlükəsizliyinə təminatla bağlı danışıqlar aparılır.

Belə bir vəziyyət əlbəttə, Rusiyanı və Ermənistanla həmsərhəd olan İranı narahat etməyə bilməz. Çünki İranın düz burnunun dibində İran özünə düşmən saydığı Qərb ordusunun, xüsusilə də, kəşfiyyat qurumlarının nümayəndələrinin müşahidə aparması əlbəttə, İranın təhlükəsizliyinə müəyyən təhlükələr yaradır. Çünki bu insanlar İran ərazisindəki bütün hərəkətliliyi dərhal qeydə alırlar və kəşfiyyat məlumat xarakterli bunu Qərb dünyasına ötürürlər.

Natiq Miri: “Ermənistan tam qane olandan sonra ki, artıq hökumətin və dövlətin təhlükəsizliyi tam təmin olunub, şübhə etmirəm ki, artiq Yerevan nüvəsi Rusiya olan bütün qurumlardan - KTMT-dən, Avrasiya İqtisadi Birliyindən, hətta MDB-nin bütün strukturlarından imtina etməsi barədə konkret rəsmi müraciət də edəcək”.

Eyni şey Rusiyaya da aiddir. Bildiyimiz kimi Rusiyanın Ermənistanda hərbi bazaları mövcuddur ki, bu yöndə kəşfiyyat məlumatları operativ olaraq Qərbə ötürülür. Eyni zamanda bu qüvvələrin getdikcə sayının artması və getdikcə daha ciddi şəkildə Ermənistanda yerləşdirilməsi tədircən Rusiyaya alternativ yaratmaqla bərabər həm də Rusiyanın sıxışdırılmasına xidmət edir.

Yəni Ermənistan tam qane olandan sonra ki, artıq hökumətin və dövlətin təhlükəsizliyi tam təmin olunub, şübhə etmirəm ki, artiq Yerevan nüvəsi Rusiya olan bütün qurumlardan - KTMT-dən, Avrasiya İqtisadi Birliyindən, hətta MDB-nin bütün strukturlarından imtina etməsi barədə konkret rəsmi müraciət də edəcək. Sadəcə olaraq hələlik buna hazır olmadığı üçün bunu bu tədbirlərdə iştirak etməməklə nümayiş etdirir. Yəni hələlik Rusiyanın birbaşa qəzəbini üstünə çəkməmək üçün Ermənistan bu cür ehtiyatlı davranır.

Düşünürəm ki, təhlükəsizliklə bağlı bütün sahələr üzrə, təkcə hərbi deyil, eyni zamanda ticari, iqtisadi, enerji sahələrində üzrə Ermənistan problemini həll edəndən və buna ciddi təminatlar alandan sonra Rusiyanın orbitindən çıxmağa başlayacaq.

Hələlik İran öz təsir imkanlarını və Ermənistanla münasibətlər sisteminə xələl gətirməmək üçün daha çox ehtiyyatlı yanaşır. Ancaq bu hara qədər belə olacaq? Bu sualın cavabı bəlli deyil. Amma İranın narahat olduğu bəllidir. Bu narahatlıq zaman-zaman Ermənistanın hökumət rəhbərlərinin diqqətinə də çatdırılıb.

Natiq Miri: “Artıq Nikol Paşinyan hökümətinin ictimai etirazlara devirməyin mümkün olmadığı gerçəyi ortaya qoyulandan sonra düşünürəm ki, Rusiya özünün ənənəvi üsullarından, hərbi çevrilişlər, sui-qəsdlər vasitəsilə hökuməti devirmək planını ortaya qoyacaq. Bəlkə də artıq bu yöndə düyməyə basılıb”.

Ermənistanın Rusiya ilə münasibətləri tamamilə fərqli rakurslarda davam edə bilər. Artıq Nikol Paşinyan hökümətinin ictimai etirazlara devirməyin mümkün olmadığı gerçəyi ortaya qoyulandan sonra düşünürəm ki, Rusiya özünün ənənəvi üsullarından, hərbi çevrilişlər, sui-qəsdlər vasitəsilə hökuməti devirmək planını ortaya qoyacaq. Bəlkə də artıq bu yöndə düyməyə basılıb. Çünki Rusiya qətiyyən regiondakı geosiyasi maraqlarını cırtdan Ermənistan rəhbərliyinin siyasi, geosiyasi maraqlarına əlbəttə ki, qurban vermək istəmir.

Rahatlıqla Rusiyanın Ermənistandan çıxacağını kimlərsə, düşünürsə, düşünmürəm ki, bu yalnış yanaşmadır. Buna görə də yaxın gələcək prespektivdə vəziyyətin çox böhran vəziyyətə gəlmə ehtimalı böyükdür. Çünki bir tərəfdən Qərb dünyasını Ermənistana cəlb etməklə təkcə Ermənistan-Rusiya deyil, Rusiya-Qərb qarşıdurması da yaradılır. Bunda Ermənistan üçün heç də müsbət prespektivlər vəd etmir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat: "Qurana and içmişəm ki, onun ölüm hökmünü özüm çıxaracağam"

Almaniyada vəfat edən Xalq artistimizin cənazəsi yandırılıb: Külü dənizə səpiləcək - Foto

Rusiya Ermənistanda məcburən B planını keçə bilərmi?

Sahil Babayev Elman Rüstəmovun kadrına vəzifə verdi - Foto

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? - Video

Konstitusiya Məhkəməsinin yeni hakimi kimdir? - Dosye

Paşinyan Rusiyaya meydan oxuyur və qırmızı xətləri keçir...

Deputatla bağlı daha bir Britaniya qalmaqalı... - Cavanşir Feyziyevin 39 milyon funt sterlinqlik əmlakına həbs qoyulub

25 minlik məzar, yoxsa evin həyətində dəfn: Qəbiristanlıqlarda hansı dəyişikliklər olacaq? 

Zaur Mikayılov Şafiq Heydərovun əməllərindən nə vaxt xəbər tutacaq?..

Ziyalılardan çağırış: qanunu və vətəndaşların haqqını tapdamayın

Ən çox oxunanalar