Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaur Məmmədov: Hal-hazırda üçüncü dünya müharibəsinə oxşar bir vəziyyətlə qarşı-qarşıyayıq...

İsraillə HƏMAS arasında atəşkəs elan olunmasına baxmayaraq Qəzzanın və İordan çayının sol sahilindəki fələstinlilərin taleyi hələ də naməlum qalmaqda davam edir...

Politoloq: “Əgər zamanında böyük dövlətlər İsrail və Fələstin arasında spekulyasiya etməsəydilər, zamanında böyük dövlətlər İsrail dövlətinin qurulması ilə bağlı məkirli planları ilə çıxış etməsəydilər, biz bu gün İsrail və Fələstin dövlətlərini dinc şəkildə yanaşı yaşadıqlarını görəcəkdik”.

“Son hadisələr bir daha onu göstərdi ki, əgər münaqişələr həllini tapmırsa, o münaqişə istənilən zaman öz durma fazasından müharibə mərhələsinə keçə bilər”.

Bu sözləri politoloq Zaur Məmmədov İsrail və Fələstin arasında baş verənləri Poliqon-a şərh edərkən qeyd edib.

Böyük dövlətlər Yaxın Şərqdə hazırkı gərgin vəziyyətdən çıxış yolları axtarırlar. İsraillə HƏMAS arasında atəşkəs elan olunmasına baxmayaraq Qəzzanın və İordan çayının sol sahilindəki fələstinlilərin taleyi hələ də naməlum qalmaqda davam edir. ABŞ-ın səyləri isə hələ ki nəticə vermir. Eyni zamanda Türkiyənin İsrailə qarşı sərt mövqeyi ərəb ölkələri tərəfindən birmənalı qarşılanmır.

Bu situasiyada Yaxın Şərqin gələcəyini necə görünür? Bu müharibədən sonra İsrail-Fələstin qarşıdurmasının öz həllini tapmasına ümid varmı?

Yaxın Şərqin gələcəyini Poliqon-un əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Bu təkcə iki ölkə və iki xalq arasında müharibə deyil. Bu əslində heç xalqlar arasında da müharibə deyil. Bu beynəlxalq aləmdə müəyyən quruplar arasındakı müharibədir”.

Bu hadisənin İsraillə ərəb ölkələri arasında münasibətlərin hal-hazırda hansı mərhələdə olduğunu göstərdiyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Yaxın Şərqdəki müharibə Rusiya, Çin, Avropa İttifaqı və ABŞ-ın burada da bir-birinə qarşı necə mübarizə apardıqlarını bir daha göstərir:

“Əgər zamanında böyük dövlətlər İsrail və Fələstin arasında spekulyasiya etməsəydilər, zamanında böyük dövlətlər İsrail dövlətinin qurulması ilə bağlı məkirli planları ilə çıxış etməsəydilər, biz bu gün İsrail və Fələstin dövlətlərini dinc şəkildə yanaşı yaşadıqlarını görəcəkdik. Onlar arasında ziddiyyətlər olsa belə, iki dövlət öz problemlərini masa arxasında həll ediləcəkdir. Lakin çox təəssüflər olsun ki, bir çox hallarda bir çox dövlətlərarası münaqişələrə və müharibələrə səbəb zamanında xəritələrin cızılmasında bilərəkdən ortaya atılan siyasi hədəflərdir.

Demək olar ki, İsrail və Fələstin arasında fasiləsiz olaraq müxtəlif illərdə müharibələrin, hərbi insidentlərin, hərbi toqquşmaların şahidi olmaqdayıq. Son hadisələr bir daha onu göstərdi ki, əgər münaqişələr həllini tapmırsa, o münaqişə istənilən zaman öz durma fazasından müharibə mərhələsinə keçə bilər.

Xüsusilə, bu müharibə Yaxın Şərq kimi çox çətin və müxtəlif dünya güclərinin fikirlərinin, maraqlarının toqquşduğu İsrail və Fələstin arasında baş verə bilər. Hal-hazırda üçüncü dünya müharibəsinə oxşar bir vəziyyətlə qarşı-qarşıyayıq. Aviasiyanın bir neçə önəmli nöqtəsində - Şərqi Avropanın qapısı Ukraynada, Cənubi Qafqazda Ermənistanda və eyni zamanda Yaxın Şərqdə, Aralıq dənizinin yaxınlığında toqquşmalar var. Əgər bundan əvvəl Aralıq dənizində Suriya sahillərində toqquşmalar var idisə, bu gün biz artıq bir qədər cənubda Afrika ilə Asiyanın uzlaşdığı, birləşdiyi Şərqlə Qərbin, Cənub Asiya ilə Yaxın Şərqlə Avropanın, Afrikanın kommunikasiya xidmətlərinin ortasındakı çox böyük, vacib bir bölgədə həmin toqquşmanın şahidi oluruq.

Zaur Məmmədov: “Müharibənin gedişatı hal-hazırda onu göstərir ki, Beynəlxalq güclər arasında çox böyük ziddiyyətlər var və bu ziddiyyətlər aradan qalxmadan heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz”.

Bu təkcə iki ölkə və iki xalq arasında müharibə deyil. Bu əslində heç xalqlar arasında da müharibə deyil. Bu müəyyən beynəlxalq qruplar arasındakı müharibədir. Müharibənin gedişatı hal-hazırda onu göstərir ki, qarşıduran qruplar arasında çox böyük ziddiyyətlər var və bu ziddiyyətlər aradan qalxmadan heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Biz hər gün hər iki tərəfdən tökülən qanları görürük. Çox təəssüflə qeyd etməliyəm ki, 21-ci əsrdə belə bir mənzərə ilə qarşı-qarıyayıq.

Bu hadisə bir daha kimin kim olduğunu göstərir. Bu hadisə Yaxın Şərqdə ərəb ölkələrinin bir-birinə olan münasibətini, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, Qətərin, İranın, İordaniyanın, Livanın Fələstinə və fələstinlilərə olan münasibətini göstərir. Bu hadisə İsraillə ərəb ölkələri arasında münasibətlərin hal-hazırda hansı mərhələdə olduğunu göstərir. Bu hadisə Rusiya, Çin, Avropa İttifaqı və ABŞ-ın Yaxın Şərqdə bir-birinə qarşı mübarizə apardıqlarını bir daha göstərir.

Ümid edək ki, iki əhalinin həlak olunmasının qarşısı alınacaq və doğrudan da tam səmimi bir oyunçularla, drijorlarla iki ölkənin nümayəndələri ortaq məxrəcə gələ biləcəklər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Ən çox oxunanalar