Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SPECA-nın Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib...

Poliqon xəbər verir ki, bu barədə noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident İlham Əliyev bildirib ki, hazırkı Zirvə görüşündə qəbul edilməsi üçün iki sənəd layihəsi – Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilib və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunub.

"Beləliklə, SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilmiş hesab olunur", - dövlət başçısı vurğulayıb.

Daha sonra SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edilib.

XXX

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın Zirvə görüşünün Bakı Bəyannaməsi

Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Tacikistan Respublikasının, Özbəkistan Respublikasının prezidentləri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini 2023-cü il noyabrın 24-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (bundan sonra SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə görüşünü keçirərək,

SPECA-nın yaradılması haqqında 1998-ci il 26 mart tarixli Daşkənd Bəyannaməsində yer almış məqsəd və prinsipləri xatırladaraq,

SPECA-nın əsasının qoyulmasının 25-ci ildönümünü və SPECA iştirakçı dövlətlərinin öz müstəqilliklərinin möhkəmləndirilməsi, həmçinin qarşılıqlı əməkdaşlıq istiqamətlərində əsas prioritet sahələrə münasibətdə əldə etdikləri mühüm nailiyyətləri qeyd edərək,

SPECA çərçivəsində xalqlarımızın bölüşdüyü ümumi maraqlara, məqsəd və dəyərlərə əsaslanan əməkdaşlığı gələcəkdə də dərinləşdirmək və inkişaf etdirmək üzrə möhkəm qətiyyətlərini bir daha təsdiq edərək,

SPECA regionunda mövcud olan, istifadə edilməmiş böyük iqtisadi inkişaf potensialını, zəngin təbii ehtiyatları və regional əməkdaşlığı inkişaf etdirmək, həmçinin SPECA regionunun Avropa və Asiya bazarları ilə gələcək əməkdaşlığı üçün bu imkanlardan birgə istifadə üzrə güclü siyasi iradəni nəzərə alaraq,

2023-cü il aprelin 17-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş SPECA iştirakçı ölkələrinin nazirlərinin görüşünün Azərbaycanın 2023-cü ildə sədrliyi haqqında Birgə Bəyanatında əksini tapmış “SPECA regionunun qlobal əhatəli birləşdirmə mərkəzinə çevrilməsi” mövzusunu və indiyədək aparılan növbəti işləri təqdir edərək,

Azərbaycanın 2023-cü ildə SPECA-da sədrliyi ilə Proqramın daha səmərəli, Mərkəzi Asiyada və onun hüdudlarından kənarda kollektiv səylərə, maraqlara və iştirakçı dövlətlərin məsuliyyətinə əsaslanan həqiqi regional platformaya çevrilməsi üzrə və BMT-nin müvafiq regional komissiyaları tərəfindən dəstəklənən ardıcıl və fəal səylərini yüksək qiymətləndirərək,

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və onların müvafiq İcraiyyə katibliklərinin Proqramın yaradıldığı vaxtdan SPECA-nın iştirakçı ölkələrinə göstərdikləri dəstəyə görə səmimi təşəkkür ifadə edərək,

Razılığa gəlirik:

1. SPECA-nın iqtisadi əməkdaşlıq və regional inteqrasiya imkanlarından müştərək istifadə edilməsi yollarının öyrənilməsi məqsədilə və xüsusən rabitə, ticarət, nəqliyyat və logistika, rəqəmsal transformasiya və innovasiyalar, sənaye, energetika, su ehtiyatlarının idarə edilməsi, ətraf mühit, yaşıl keçid və qarşılıqlı maraq doğuran digər sahələr üzrə meydana çıxan ümumi çağırışlara ortaq cavabların verilməsi platforması kimi SPECA-nın rolunun gücləndirilməsi barədə öz niyyətini bəyan etmək.

2. Bununla bağlı SPECA-nın davam edən təsisatlanma prosesinə və SPECA çərçivəsində fəaliyyətin məsuliyyətini yüksəldəcək, mütəmadi dialoqu, ardıcıllığı və səmərəli əlaqələndirməni təmin edəcək, həmçinin SPECA-nın iştirakçı ölkələrinin dövlət başçıları tərəfindən qəbul olunan qərarların həyata keçirilməsinə kömək edəcək zəruri mexanizmlərin yaradılması ilə əlaqədar qətiyyəti ifadə etmək.

3. Rəqəmsallaşma və tranzit marşrutlarının yaşıl transformasiyası, həmçinin ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi və energetika birləşmələri, o cümlədən Şərq-Qərb Transxəzər Orta Dəhlizi çərçivəsində yaşıl enerji daxil olmaqla, əməkdaşlıq sahəsində bilavasitə prioritet sahə və bu məqsədlə Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Multimodal Məlumat və Sənədlərin Rəqəmsallaşdırılması üzrə Yol Xəritəsinin qəbul edilməsinin qərara alınmasını vurğulamaq.

4. SPECA-nı qəbul olunmuş qərarların dəstəklənməsi məqsədilə müvafiq maliyyə mexanizmi ilə təmin etmək üzrə siyasi hazırlığımızı bildirərək və bununla əlaqədar BMT-nin himayəsi altında praktik əməkdaşlığa dəstək olacaq və SPECA-nın Çoxtərəfdaşlı Məqsədli Fondunun (ÇMF) yaradılmasını alqışlayaraq, bununla bağlı beynəlxalq tərəfdaşları SPECA ÇMF-in fəaliyyətinə töhfə verməyə dəvət etməyi təsdiqləmək.

5. Şərq-Qərb Transxəzər Orta Dəhlizinin SPECA-nın iştirakçı ölkələri ilə Asiya və Avropanın müxtəlif regionları, onun hüdudlarından kənarda daha səmərəli və dayanıqlı əlaqələrdən biri kimi əhəmiyyətinin və ölkələri dəhlizin potensialından qitələrarası nəqliyyat əməliyyatları üçün istifadə etməyə çağırmaq, SPECA-nın iştirakçı ölkələrinin müvafiq hakimiyyət orqanlarına nəqliyyat şirkətləri, ekspeditorlar, logistika mərkəzləri və milli operatorlar arasında bütün dəhliz boyu kommunikasiyaların səmərəliliyini artırmaq üçün nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına diqqəti cəmləşdirməyin tövsiyə edilməsini vurğulamaq.

6.BMT Baş Assambleyasının SPECA-nın 25 illiyinə həsr olunmuş qətnamə qəbul etməsini alqışlamaq və BMT-nin üzv dövlətlərini, regional komissiyalarını və ixtisaslaşmış qurumlarını SPECA-ya üzv ölkələrin səylərini dəstəkləməyi davam etdirməyə çağırmaq.

7.Bakı Zirvə görüşündə beynəlxalq tərəfdaşların iştirakını alqışlamaq və SPECA regionunun daha yaşıl və təhlükəsizlik gələcəyi üçün dayanıqlı və davamlı iqtisadi inkişafı dəstəkləmək üzrə ortaq səyləri əks etdirən sıx əməkdaşlığın davamının əhəmiyyətini vurğulamaq.

8.Öz müvafiq nazirliklərinə hazırkı Bəyannamənin həyata keçirilməsini UNECE, UNESCAP və digər müvafiq beynəlxalq təsisatlarla birgə reallaşdırılmasının əlaqələndirilməsini tapşırmaq.

9.SPECA-nın üzv ölkələrinin dövlət başçılarının və hökumətlərinin birinci görüşünün beynəlxalq tərəfdaşların iştirakı ilə Bakı şəhərində mükəmməl təşkilinə, həmçinin Azərbaycanda SPECA günləri çərçivəsində 2023-cü il noyabrın 20-24-də digər tədbirlərin təşkilinə görə Zati-aliləri Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Hökumətinə səmimi təşəkkür ifadə etmək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

UEFA Millətlər Liqasında III turun iki oyunu keçirilib

Azərbaycanda süni yağış texnologiyası və havadan suyun əldə edilməsi üzrə pilot layihələr icra olunacaq

Ən çox oxunanalar