Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sadıqovun 4 kadrı tutuldu: iş alovlanır - Polkovnik

"Tərtər işi" ilə bağlı keçirilən məhkəmədə Azərbaycan Ordusunun Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovun kadrlarından olan 4 rütbəli şəxsə hökm oxunub...

Bir müddət öncə dörd nəfərlə birlikdə N.Sadıqovla bağlı istintaq orqanında araşdırma aparılması haqda vəkillər tərəfindən vəsadət verilsə də, generalın hələ ki, istintaqda dindirilməsi barədə məlumat yoxdur.

Poliqon xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov yekunlaşan "Tərtər məhkəməsi" ilə bağlı cəmiyyətdə xeyli suallar olduğunu bildirib.

O, işin davam edəcəyini vurğulayıb:

"Məsələ hələ bundan sonra daha da alovlanacaq. Çünki məhkəmədə xeyli adlar səsləndirilib, faktlar dilə gətirilib. Həmin faktlarla da bağlı qərar verilməlidir. Düşünürəm ki, bununla əlaqədar yaxın vaxtlarda yeni məlumatlar eşidəcəyik. Nəcməddin Sadıqovun taleyinin necə olması haqqında dəqiq bir söz deyə bilmərəm. Onunla bağlı son qərarı istintaq orqanı və məhkəmə verə bilər".

Hərbi ekspert məhkəmədə kifayət qədər vəsatətlər qaldırıldığını deyib:

"Vəsatətlərə uyğun olaraq da insanların müəyyən gözləntiləri və tələbləri var. Ona görə də rahatlıqla "Tərtər işi"nin bağlanmadığını deyirəm. Hələ çox adam dindiriləcək, dindirilməlidir və məsuliyyətə cəlb edilməlidir. İnanıram bunlar hamısı olacaq".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib

Ən çox oxunanalar