Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşerona olan sevgi ziyalıları bir araya topladı - Foto

Aprelin 19-da Bakımızın göz bəbəyi İçəri Şəhərimizdə filoloq-dilçi, MHUİB-in ( “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin) , Azərbaycan Rəssamlar İttifaqının,  Azərbaycan Yazıçılar Birliyinin, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi eləcə də Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) üzvü  Lala Ümidin (Bağırovanın) sayca doqquzuncu olan “Ağabala” kitabının  təqdimat gecəsi keçirilmişdir.

Lalə xanım Bakıda, ictimai xadim Marlen Bağırovun ailəsində anadan olmuş, BDU-nin filalogiya fakültəsinin tərçüməçilik ixtisasını bitirib yaradıcılıq fəaliyyətinə başlamışdır. “Ağabala” müasir Azərbaycan yazıçısı Lalə Umudun hekayələr kitabıdır. Yazıçının bu günə qədər “Sevgi dərsi”, “Vicdanla sevdalaşma”, “İntuitsia”, “Cəhənnəmə gedən yolu necə tapdım”, “Zənglərin zamanı”, “Kirpiciklə Şirincikin macəraları” 1 və 2 hissə, “Kotlet adlı pisiklə Küftə adlı itin nağılı” kimi kitabları işıq üzü görmüşdür.

Respublikanın əməkdar artisti,  “Müəllif  Hüquqları Uğrunda”  İctimai Birliyi İdarə Heyyətinin sədri Gövhər  Həsən-zadə gecəni açıq elan etdikdən sonra tədbir iştirakçıları müəllifin yaradıcılığından, onun bütün hekayələrində doğma Bakını təsvir etməsindən bəhs edən maraqlı çıxışlar etdilər. Əməkdar jurnalist, pedaqoq, “Azad Azərbaycan” Teleradio Şirkətinin Bədii Şura sədri,  Bakı Slavyan Universitetinin professoru  eləcə də MHUİB-nin üzvü (şair, tərcüməçi, drammaturq Az.YB-nin üzvü Adil Babayevin varisi) Etibar Babayev kitab haqqında öz dəyərli fikirlərini bu cür dilə gətirdi: ” Yazıçının ən sevimli mövzusu olan Abşerona sevgi, onun yazdığı hekayələrdə, sanki nəsillərin müdrikliyini, doğma xalqa sevgisini, xeyirxahlığını, kimliyini oxucuya sadə və çox səmimi dillə çatdırmışdır.” Sonra, MHUİB-nin daha bir üzvü (Azərbaycan görkəmli bəstəkarı, pianoçu, dirijor, Azərbaycan SSR xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyevin varisi) Əməkdar İncəsənət Xadimi Lalə Quliyeva dəyərli fikirləri ilə bölüşdü: ” Burada hər sətir bir sevgi etirafıdır! Kitab insana ümidqarışıq rahatlıq gətirir, yüksək əhval-ruhiyyə yaradır. Hekayələr təkcə qəhrəmanların həyatının gözlənilməz şəkildə bəlli olması, incə psixoloji tərəfləri, bəzən mistik süjetlərlə deyil, həm də müəllifin yaşamaq haqqında tövsiyələri, Abşeron günəşinin gözəlliyindən zövq alması, sevgi hissləri aşılaması ilə maraqlıdır… ”

Gecədə  azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti , “Şou Plus” kanalın baş direktoru Samir Cəfərov, eləcə də kanalın prezidenti Malik Məmmədov, MHUİB-in İdarə Heyətinin üşvü, Respublikanın Əməkdar artisti, bəstəkar Vüqar Camalzadə, “Finlandiya -Azərbaycan Dostluğu” Cəmiyyətinin sədri Təranə Nəzərova, şair, jurnalist Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, AYB-nin Mətbuat Xidməti və Türkiye İlm ve Edebiyyat Eseri Sahibleri Meslek Birliğinin (İLESAM) Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Xəyal  Rza , TİA.az-ın rəhbəri Əlişir Əhəd və şairə AYB -in üzvü Xanım Aydın qonaqlar siyahısına daxil idilər.  İran -bəstəkar və ifaçısı Arif Mehmandost öz ifası  ilə gecəyə əsrarəngiz gözəllik qatdı.  Xüsusilə dəyərli qələm ustamız şair, dramaturq, AYB-nin üzvü Nəriman Həsənzadənin sözlərinə bəstələdiyi “Qayıt” mahnısı tamaşaçılar tərəfindən böyük coşquyla qarşıland.

Müəllif tədbir iştirakçılarına öz imzalı kitablarını təqdim edərək, bu dəyərli gündə ona dəstək verib iştirak etdikləri üçün eləcə də tədbirin təşkil olunmasında əziyyəti olan “İZ.Community”-yə  dərin minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.

Biz də MHUİB-nə və  Lalə xanıma yaradıcılıq uğurları arzulayır, belə gecələrin daha çox olmasına ümid edirik.(tribuna.info)

Poliqon.info

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

Ən çox oxunanalar