Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Gürcüstanda mövqelərini gücləndirməyə çalışır - Foto

Avropa İttifaqı (Aİ) uzun sürən götür-qoydan sonra nəhayət müvafiq qərar qəbul etməyə cürət edib.

Gürcüstana namizəd statusunun verilməsi, Ukrayna və Moldovanın üzvlüyə qəbul ilə bağlı danışıqlara başlanılması son günlərin ən aktual mövzusudur. Bəs Avropa bu qərarı verməkdə nə qədər səmimidir? Həqiqətənmi Aİ bu üç ölkəni öz sıralarına daxil edəcək? Tbilisidə bu hadisəni atəşfəşanlıqla qeyd edən gürcülər görəsən neçə il gözləməli olacaqlar? Və yaxud qalan iki ölkə - Moldova və Ukrayna neçənci ildə üzvlük barədə danışıqlara ümid edirlər? Sual çox, cavab isə azdır. Avropa belə vədləri çox verib və ortada bizə yaxşı tanış olan Türkiyə nümunəsi var. 60 ildən də artıqdır ki, Türkiyə Aİ-nin qapısında gözləyir. Üzvlüklə bağlı bütün şərt və tələbləri yerinə yetirsə də, ortada nəticə yoxdur.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Üzvlüklə bağlı yeni qərarlar qəbul etməklə Avropanın hədəfi bəllidir. Bu dövlətləri Rusiya təsirindən tamamilə uzaqlaşdırmaq. Gürcüstanla bağlı konkretliyin arxasında isə Tbilisidə son vaxtlar artan rusiyameyilliyi azaltmaqdır. Moldova və Ukrayna artıq Moskva ilə bağlı siyasətlərini müəyyənləşdiriblər, bu səbəbdən onlardan narahat deyillər.

Ermənistan da ümidlənib

Maraqlıdır ki, Gürcüstanla bağlı qərar Ermənistanı da ümidləndirib. Rusiya ilə münasibətlərini gərginləşdirmək siyasəti yürüdən İrəvan ümid edir ki, Qərbdə bunu qiymətləndirəcəklər. Bu səbəbdən, ritorikanı bir az da sətləşdirmək gərəkdir. Görünür, Qərbdən də bu istiqamətdə müəyyən mesajlar alıblar. Yəni ermənilər nə qədər sərt olsalar, antirusiya addımları atsalar, şans da artacaq.

Bu mövqeni erməni politoloqu Aleksandr İsgəndəryan da bölüşür. Onun sözlərinə görə, Ermənistanın Avropaya inteqrasiyası onun Rusiya ilə qarşıdurmasından asılı olacaq.

“Aydındır ki, nə Moldova, nə Ukrayna, nə də Gürcüstan indiki formada Avropaya inteqrasiya mərhələsi üçün heç bir kriteriyaya tam cavab vermirlər. Bu, siyasi qərardır və sırf Ukrayna müharibəsi və Avropa ilə Rusiya arasındakı qarşıdurmaya görə qəbul edilib. Avropa İttifaqının bu qədər açıq siyasi mövqeyini xatırlamıram. Bu, tamamilə fərqli bir vəziyyətdir. Ermənistanın bu prosesdə iştirak edib-etməyəcəyi və bunun hansı formada olması Ukrayna müharibəsindən və Rusiyanın Avropa ilə münasibətindən asılıdır”, - deyə İsgəndəryan vurğulayıb.

Qərb Gürcüstanda mövqelərini gücləndirməyə çalışır

Qayıdaq Gürcüstana. Maraqlı olan torpaqları işğal edilən Gürcüstana statusun verilməsidir. Halbuki qurum əvvəlki bəyanatlarında və şərtlərində bunu qəbul etmirdi. Ehtimallara görə, bu addımla bir neçə hədəf güdülür. Qərb Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiyanı bu yolla Gürcüstana inteqrasiya etməyi hədəfləyir. Buna nail olacağı isə az ehtimal edilir. Bu əyalətlər Rusiyaya tam bağlıdır və ondan heç ayrılmağı da düşünmürlər.

Gürcü politoloq Nika Çitadzenin sözlərinə görə, Aİ Avropayönlü çoxluğu sakitləşdirmək üçün onlara namizəd ölkə statusu verib. Amma gələcəkdə Avropaya inteqrasiya iqtidarla müxalifət arasında dialoqun qurulması ilə əlaqələndirilməlidir.

Gürcü ekspert Şota Apxaidze də hesab edir ki, Qərb Gürcüstanda mövqelərini gücləndirməyə çalışır:

“Tbilisi Aİ və ABŞ-nin təsirindən çıxmağa başlayıb. Gürcüstan hakimiyyəti Qərb tərəfdaşları ilə açıq şəkildə qarşıdurmaya gedib, bu da əvvəllər heç vaxt baş verməyib. Nəticədə Brüssel ölkəni itirməkdən qorxdu və qəzəbini mərhəmətə çevirdi”. 

Ukrayna və Moldova hələ də gözləyir

Ukrayna və Moldovaya gəldikdə, konkret Kiyevin Aİ ilə danışıqlara daxil olması uğrunda mübarizəsi Brüsseldə keçirilən sammitin son dəqiqəsinə qədər davam edib. Aİ dövlət başçılarının üzvlük danışıqlarına başlamaq qərarı hər iki ölkəyə yaxşı şans versə də, onları ciddi daxili problemlərin həlli zərurəti ilə üzləşdirir. Moldovanın Fəaliyyət və Həmrəylik Partiyasından olan Oazu Nantoi hesab edir ki, sakinlərin ən azı 55%-i ölkələrini Aİ-də görmək istəyir. Onun sözlərinə görə, bir neçə il davam edə biləcək danışıqlar zamanı avrointeqrasiya dəstəyinin özəyi Moldovada möhkəmlənəcək. Bunun üçün Ukraynada sülh lazımdır. Hər iki ölkənin Aİ-yə üzvlük yolunda keçəcəyi çətinliklərə gəlincə, yerli müşahidəçilər hesab edir ki, ən çətini cəmiyyətin özündə stereotipləri yıxmaq olacaq. Daha çox da Moldovada. Məsələn, son bir neçə ildə bu ölkədə qanunun aliliyinə və məhkəmə sisteminə etimadsızlıq yaranıb. Hər iki ölkədə korrupsiya, məhkəmə sistemində problemlər var. 

Moldovanın Avropaya inteqrasiya yolunda əsas maneələrdən biri qondarma Dnestryanı məsələsi ola bilər. 

Bir il yarım ərzində Moldovada həm parlament, həm də prezident seçkiləri keçiriləcək. Ölkədə hakimiyyət dəyişsə, Kişineunun Avropaya inteqrasiya kursundan əl çəkərək “üzünü Moskvaya çevirməsi” təhlükəsi yarana bilər. 

Beləliklə, Avropanın vəd etdiyi üzvlük məsələsinin tez bir zamanda baş tutacağını gözləmək olmaz. Qərb postsovet məkanına daxil olan ölkələri nəzarətdə saxlamaq üçün bu cür şirnikləndirici vədlər verir. Hədəf də bəllidir, bölgədə mövqeyini gücləndirmək və Rusiyanı zəiflətmək. 

Poliqon.info 


Etiket: Gürcüstan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar