Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveç “Eurovision”da təhlükəsizlik tədbirlərini gücləndirir

“Eurovision” Mahnı Müsabiqəsinin keçiriləcəyi İsveçin Malmö şəhərində islamçıların İsrail nümayəndə heyətinə təhdidləri səbəbindən damlara snayperlər yerləşdirmək də daxil olmaqla təcili təhlükəsizlik tədbirləri görülür...

Poliqon xəbər verir ki, bu barədə The European Conservative nəşri məlumat yayıb.

Qeyd edək ki, mahnı müsabiqəsi mayın 7-dən 11-dək baş tutacaq.

İsrailin Qəzza sektorunda apardığı dağıdıcı müharibə fonunda yəhudi musiqçilərin müsabiqədə iştirakı Malmö müsəlman icmasının narazılığına səbəb olur. Nəşr qeyd edir ki, şəhər artıq miqrant cinayətləri və “zorakı etirazlar” mərkəzi kimi şöhrət qazanıb.

Eyni zamanda, şəhərdə demək olar ki, hər şənbə günü Qəzzadakı müharibəyə qarşı zorakı nümayişlər keçirilir. Həmçinin İsveçin solçu partiyalarının bir çox nümayəndələri də İsrailin Rusiya kimi “Eurovision”da iştirakına icazə verilməməsini tələb edir.

İsrailin müsabiqədəki təmsilçisi Eden Qolan təhdidlər fonunda mayın 5-də bazar günü baş tutan “Eurovision”un açılış mərasimində iştirak etməyib.

Eurovision təşkilatçıları tamaşaçılara hər hansı Fələstin bayraqları və ya simvollarını gətirməyi qadağan etmək niyyətində olduqlarını açıqlayıblar və İsveç polisi siyasi məzmunlu yarışmada partlayışlar, atışmalar və hətta adam oğurluğu riski barədə xəbərdarlıq edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar