Mayın 11-də İsveçdə "Eurovision 2024" beynəlxalq müsabiqəsinin finalı baş tutub. Diskvalifikasiya səbəbindən Niderland təmsilçisi şouda iştirak etməyib. Müsabiqənin təşkilatçıları müğənni Cost Kleinin iştiraka buraxılmamasının səbəbini açıqlayıb...
Poliqon xəbər verir ki, bundan əvvəl Niderland teleşirkəti ölkə nümayəndəsinin diskvalifikasiya olunduğu insidentə görə operator qadına qarşı zorakılıq etmədiyini, sadəcə olaraq kameraya qarşı "hədələyici jest" etdiyini bildirmişdi. Avropa İctimai Yayım Birliyi bu versiyanın həqiqətə uyğun olmadığını bildirib.
"The Guardian" yazır ki, "Eurovision" təşkilat komitəsi Cost Kleinin müsabiqə qaydalarını pozduğunu vurğulayıb. Bunu hadisənin şahidləri də təsdiqləyə bilər. Avropa yayımçısı onu da əlavə edib ki, ifaçının hərəkətləri heyət və ekipajın təhlükəsizliyini təhdid edir.
"Costun davranışı bütün personal üçün təhlükəsiz iş mühitinin təmin edilməsinə və çəkiliş qrupunun qorunmasına yönəlmiş müsabiqə qaydalarının açıq şəkildə pozulması idi", deyə məlumatda qeyd edilir.
Şounun təşkilatçıları bildiriblər ki, onların hüquqi prosesə çıxışı yoxdur. Lakin qaydaların pozulmasını nəzərə alaraq, yenə də niderlandlını diskvalifikasiya etmək qərarına gəliblər.
"Məhkəmə prosesinə çıxışımız yoxdur, lakin baş verənlərin şəraitini və polis işinin tezliklə prokurora veriləcəyini nəzərə alsaq, Xostun finalda iştirak etməsi yersiz olardı", deyə bildirilib.
Poliqon.info