Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Albaniyanın baş naziri miqrantlarla bağlı Conson sazişini imzalamaqdan imtina edib

Albaniyanın baş naziri Edi Rama bildirib ki, o, əvvəllər Britaniyanın o vaxtkı baş naziri Boris Consonun Albaniyaya qeyri-qanuni miqrantların göndərilməsi ilə bağlı müqavilə bağlamaqdan imtina edib...

Poliqon xəbər verir ki, Edi Rama bu barədə Financial Times qəzetinə müsahibəsində danışıb.

Fevralda Associated Press Agentliyi xəbər vermişdi ki, Albaniya parlamenti İtaliya ilə sazişi təsdiqləyib. Ona əsasən Albaniya İtaliya tərəfindən xilas edilmiş miqrantları beynəlxalq sularda saxlayacaq və onlara sığınacaq verilməsi məsələsi həll olunacaq.

FT-yəmüsahibəsində Albaniyanın baş naziri bildirib ki, bir neçə ölkənin hakimiyyəti, o cümlədən Britaniya belə bir sazişin bağlanması təklifi ilə ona müraciət edib, lakin bununla razılaşmayıb.

"Boris Conson mənə zəng etdi və dedi: "Liderliyinizi yüksək qiymətləndirirəm, gəlin birlikdə nəsə edək. Gəlin elə bir müqavilə bağlayaq ki, ona əsasən Britaniya qeyri-qanuni mühacirləri Albaniyaya gətirsin və onları orada saxlasın, sığınacaq ərizələrinə baxsın". Mən dedim: "Bağışlayın, bu mümkün deyil", deyə Edi Rama qeyd edib.

Baş nazir qeyd edib ki, o, bir sıra ölkələrlə belə bir sazişi imzalamaqdan imtina edib. Çünki bu sazişdə məna görməyib. Edi Rama əlavə edib ki, İtaliya ilə saziş "təcrid olunmuş haldır". "İtaliya bizim üçün çox vacibdir, bu, çox köklü bir dostluqdur", deyə siyasətçi vurğulayıb.

O əlavə edib ki, İtaliya ilə razılaşma Albaniyaya gələn qeyri-qanuni miqrantların sayını məhdudlaşdırsa da, Britaniyanın təklifində belə məhdudiyyətlər yoxdur.

"Söhbət Britaniyaya tranzit kimi gələn hər kəsdən gedirdi. Mən dedim ki, bu, mümkün deyil. Sonra başqa ölkələr var idi, adlarını çəkməyəcəm. Onlar Avropanın ən zəngin ölkələri sırasındadırlar", deyə Edi Rama əlavə edib.

İtaliyanın baş naziri Corcia Meloni 2023-cü ilin noyabrında Romada alban həmkarı Edi Rama ilə görüşdən sonra bildirib ki, İtaliya və Albaniya qeyri-qanuni miqrasiya ilə mübarizəyə dair saziş imzalayıblar və bu saziş Albaniya ərazisində iki mərkəzin açılmasını nəzərdə tutur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

İsrail niyə Yaxın Şərqdə NATO-nun analoquna ehtiyac duyur?

Ən çox oxunanalar