Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan yanlış addımlarıyla Rusiya ilə ümumi müdafiə məkanını itirə bilər

Mixail Qaluzin: Ermənistanın yanlış addımları Rusiya Federasiyası ilə ümumi müdafiə məkanının geri qaytarılmamasına gətirib çıxaracaq...

Ermənistanın tələsik addımları Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər ölkələri ilə ümumi müdafiə məkanının yaradılması üzrə birgə işə qayıtmağı mümkünsüz edə bilər.

Poliqon xəbər verir ki, bunu TASS Agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavinin sözlərinə görə, İrəvan Qərblə qarşılıqlı fəaliyyəti gücləndirməkdədir və təhlükəsizlik sahəsində daha çox maraq göstərdiyi bir şəraitdə fürsətdən istifadə etmək istəyir.

“Lakin qərblilərin milli məlumat bazalarına və ölkənin təhlükəsizliyinə həssas məlumatlara tam çıxışını təmin edəcək tələsik qərarlar nəinki son nəticədə dövlətin suverenliyini təhdid edir, həm də vahid müdafiə məkanının yaradılması üzrə Rusiya və KTMT-dəki digər müttəfiqlərlə birgə işə qayıtmağı obyektiv olaraq qeyri-mümkün edə bilər”, deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Həmçinin Qaluzin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində tam şəkildə iştirakının ilk növbədə erməni xalqının maraqlarına cavab verdiyinə və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət etdiyinə əminliyini ifadə edib.

“Təşkilata üzvlük, eləcə də ölkəmizlə hərbi sahədə sıx əlaqələr son onilliklərdə müstəqil Ermənistanın mütərəqqi inkişafında əsas amilə çevrilib. İrəvanla getdikcə daha çox maraqlanan qərblilər nə vəd etsələr də, bu gün Ermənistanın təhlükəsizliyini təmin edən mexanizm kimi KTMT-yə effektiv alternativ yoxdur”, deyə xarici işlər nazirinin müavini bildirib.

Qaluzin qeyd edib ki, Rusiya Cənubi Qafqazda qonşuları arasında davamlı sülhün bərqərar olmasında həqiqətən maraqlı olsa da, Qərbin məqsədləri tamamilə əksinədir.

“Əsas vəzifələrdən biri Avrasiyadakı inteqrasiya proseslərinə, bizim ümumi inteqrasiya layihələrimizə, KTMT, MDB, Aİİ-yə xələl gətirməkdir, bunlar artıq boğazda qalan sümük kimidir. Bu məqsədə çatmaq üçün Vaşinqton və onun müttəfiqləri istənilən addımı atmağa, o cümlədən Rusiya ilə qonşu dövlətlərdə daxili siyasi və sosial-iqtisadi vəziyyətin sabitliyini pozmağa hazırdır”, deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib.

Qaluzin əlavə edib ki, faktiki olaraq Ermənistanın təhlükəsizliyinin əsas qarantı olaraq qalan Rusiyanı zəiflətmək üçün postsovet məkanında gərginlik ocaqlarını saxlamaq Qərb üçün faydalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Ən çox oxunanalar