Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pekin Vaşinqtonu Asiyada münaqişələri qızışdırmaqda ittiham edib

Cənub-Şərqi Asiyada təhlükəsizliyə ən böyük təhdid ABŞ-ın regionda geosiyasi qarşıdurma yaratmaq siyasətindən qaynaqlanır...

Poliqon xəbər verir ki, bunu Çin xarici işlər nazirinin müavini Sun Veydun bildirib. Bəyanat Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.

“Vaşinqton öz strateji maraqlarını rəhbər tutaraq Asiyada bir-birinə zidd düşərgələr yaratmaq siyasəti yürüdür. Bu, regionda silahlanma yarışına gətirib çıxarır, Cənub-Şərqi Asiyada yerləşən ölkələr arasında ziddiyyətləri və fikir ayrılıqlarını artırır, onların inkişafına zərər verir”, deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, Vaşinqtonun Cənub-Şərqi Asiyada orta mənzilli raket sistemləri yerləşdirməsinə cavab olaraq Çin tərəfi ABŞ-ı belə addımların təhlükəsi barədə məlumatlandırıb. Sun Veydun qeyd edib ki, bu cür hərəkətlər regional təhlükəsizliyə ciddi təhlükə yaradır və Asiyada sabitliyə və rifaha zərər verir.

“Pekin “Soyuq Müharibə” atmosferinin canlanmasına və Asiyada blok qarşıdurmasının təxribatına qəti şəkildə qarşıdır. Çin regiondankənar qüvvələrin vəziyyətin sabitliyini pozmağa və silahlanma yarışını stimullaşdırmağa yönəlmiş heç bir hərəkətini qəbul etmir.

Cənub-Şərqi Asiyada təhlükəsizlik və sabitlik regionun əksər dövlətlərinin maraqlarına uyğundur. Buna görə də Cənub-Şərqi Asiyada sülhü təmin etmək üçün birlikdə işləmək lazımdır ki, bu da inkişaf və tərəqqi üçün şərait yaradır,”, deyə Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar