Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada növbədənkənar seçkilər - Makron bu sınaqdan sağ çıxacaqmı?

Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrinə sonra Makron Fransa parlamentini buraxdığını elan edib...

Politoloq: “Fransızlar artıq Makronla vidalaşmaq qərarını veriblər. Fransada Avropa Parlamentinə seçkilərdə hakim partiyanın uduzması onu deməyə əsas verir ki, Makronun yürütdüyü siyasət tam olaraq iflasa uğrayıb”.

Avropa Parlamentinə seçkilərə sağ millətçi lider olan Marin le Penin rəhbərlik etdiyi “Milli Birlik” partiyasının hakim partiyadan iki dəfədən çox səslə qalib gəlməsi onu deməyə əsas verir ki, fransızlar əslində Fransada yeni siyasi hərəkatın yaranmasının tərəfdarı olaraq çıxış edirlər”.

Bu sözləri politoloq Azər Qasımov Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrinə görə hakim partiyanın ağır məğlubiyyətlə üzləşməsindən sonra Makron Fransa parlamentini buraxdığını elan edib. Faktiki məğlubiyyətindən sonra Makronun atdığı bu addım nədən xəbər verir və bir aydan az müddətdə keçiriləcək parlament seçkiləri sağ ifrat Milli Birlik partiyasının hökumət qurması ilə nəticələnə bilərmi?

Avropa Parlament seçkilərinin mümkün nəticələrini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Ən maraqlı olan isə Makronun növbədənkənar parlament seçkiləri üçün seçdiyi zaman kəsiyidir. Seçkilər 20 gündən sonra, iyunun 30-da keçiriləcək və həmin dönəm Parisdə Olimpiada olacaq”.

Əslində Makronun sağ təmayül partiyanın qələbəsi fonunda yeni seçki keçirmək planlamasının riskli addım olduğunu düşünən politoloq qeyd edib ki, bu, tək Makron və Le Pendən asılı iş deyil:

“Seçkinin nəticələri onu göstərdi ki, Fransa özünün yeni yolunu seçmək qərarına gəlib. Daha doğrusu fransızlar artıq Makronla vidalaşmaq qərarını veriblər. Fransada Avropa Parlamentinə seçkilərdə sağ təmayüllü millətçi partiyaların əsasən qalib gələrək üstünlük əldə etməsi onu göstərir ki, Makronun yürütdüyü siyasət tam olaraq iflasa uğrayıb. Çünki ənənəvi olaraq fransızlar millətçi partiyaya bu qədər səs verməzdilərvə əgər veriblərsə, bu o deməkdir ki, onlar mərkəz partiyaların ikiüzlü siyasətlərindən yorulublar.

Avropa Parlamentinə seçkilərə sağ millətçi lider olan Marin le Penin rəhbərlik etdiyi “Milli Birlik” partiyasının hakim partiyadan iki dəfədən çox səslə qalib gəlməsi onu deməyə əsas verir ki, fransızlar əslində Fransada yeni siyasi hərəkatın yaranmasının tərəfdarı olaraq çıxış edirlər və yaxın zamanlarda da yəqin ki, bu baş verəcək.

Makron Avropa İttifaqı ölkələri arasında liderlik iddiası ilə çıxış edərkən daxili siyasətdə çox böyük boşluqlara yol verib. Bu boşluqlar indi özünü açıq şəkildə göstərir və düşünürəm ki, Makronun formalaşdırdığı son hökümətin bu məğlubiyyətdə öz yeri var . Digər tərəfdən dünən Makronun Avropada hegemonluq iddiası ilə çıxış etməsi sözün həqiqi mənasında suya düşdü.

Marin Le Penin əvvələr Rusiyaya yaxınlığı ilə seçilirdi və onun Putinlə əlaqələrinin olduğu Avropada bəllidir. Lakin Ukrayna müharibəsi başlayandan sonra “Milli Birlik”in lideri Moskvadan uzaq durmağa çalışır. Lakin Le Pen Ukrayna məsələsində Makrondan daha liberal davranır.

Azər Qasımov: “Seçkilərdən sonra kolisiya hökümətinin qurulmasını gözləyirəm və düşünürəm ki, Makronun da ümid etdiyi məhz budur”.

Əslində isə düşünürəm ki, bütün Avropa kimi fransızlar da Ukrayna müharibəsindən yorulublar. Müharibənin uzanması onlar üçün arzuolunmaz olsa da, vəziyyəti dəyişmək üçün imkanlarının da olduğuna inanmıram. Çünki Ukrayna Putinə hədiyyə edilsə də, müharibə sabah mütləq bir şəkildə Avropanın qapılarını döyəcək.

Makronun parlamenti buraxması, həm də çox sürətlə buraxması onu deməyə əsas verir ki, Fransa höküməti bu vəziyytə seçkilərdən əvvəl hazırlaşıb. Çünki əvvəlcədən nəticələr ümumi şəkildə bilinirdi. Ən maraqlı olan isə Makronun növbədənkənar parlament seçkiləri üçün seçdiyi zaman kəsiyidir. Seçkilər 20 gündən sonra iyunun 30-da keçiriləcək və həmin dönəm Parisdə Olimpiada keçiriləcək. Yəni seçki kampaniyası üçün küçə yürüşlərinin keçirilməsi mümkün görünmür. Digər tərəfdən isə seçki üçün ayrılan vaxt çox azdır və düşünürəm ki, maraqların olimpiadaya yönəldiyi ir vaxtda Makron adminstrativ resurslardan maksimum yararlanmağa çlışacaq.

Amma bütün halalrda Makronun sağ təmayül partiyanın qələbəsi fonunda yeni seçki keçirmək planlaması riskli addım oldu. Ümumilikdə seçkilərdən sonra kolisiya hökümətinin qurulmasını gözləyirəm və düşünürəm ki, Makronun da ümid etdiyi məhz budur”.

Nərminə UMUDLU
Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar