Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Parlamentinə keçirilən seçkilər və bu seçkilərin yaratdığı mənzərə...

Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrinə görə ifrat sağ partiyalar səslərini artırsalar da, sağ mərkəz partiyalar qələbə qazanıblar...

Siyasi-şərhçi: “İlkin nəticələr göstərir ki, Avropa Parlamentində ənənəvi partiyalar öz sayını qoruyub saxlayırlar”.

“Lakin nəzərə almaq lazımdır ki, Avropa Parlamentinə seçkilərdə çox az adam iştirak edir. Yəni, bu o demək deyil ki, Fransada və yaxud Almaniyada hazırkı hakimiyyət radikal sağ siyasi qüvvələri yerli seçkilərdə üstələyə bilməyəcəklər”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Avropa Parlamentinə keçirilən seçkiləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, dünən Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrinə görə ifrat sağ partiyalar səslərini artırsalar da, sağ mərkəz partiyalar qələbə qazanıblar. Fransada Makronun, Almaniyada Şoltsun partiyaları ağır məğlubiyyətlə üzləşmələrinə baxmayaraq, Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Xalq Partiyası inamlı qələbə qazanır.

Ümumilikdə, Avropa Parlamentinə seçkiləri necə dəyərləndirmək olar və bu seçkilərin yaratdığı mənzərədə Avropa İttifaqının gələcək beş ili necə görünür?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Əgər seçkilərin qalibi Avropa Xalq Partiyası olacaqsa, bu o deməkdir ki, Avropa institutlarından Azərbaycanla praqmatik münasibətlərə üstünlük verən Ursula fon der Layen olduğu üçün vəziyyət hal-hazırda necə var elə də davam edəcək”.

Azərbaycan üçün Avropa Parlamenti ilə münasibətlərdə hər hansısa prinsipial dəyişiklik olmayacağını qeyd edən ekspert Poliqon-a açıqlamasında vurğulayıb ki, Avropa Parlamenti ilə münasibətlər gərgin olaraq qalacaq:

“İlkin nəticələr göstərir ki, Avropa Parlamentində ənənəvi partiyalar öz sayını qoruyub saxlayırlar. Amma sağ qüvvələr Avropanın ən böyük ölkələrində yenə öz uğurlarını, rekord göstəricilərini yeniləyiblər. Bu əlbəttə ki, Almaniya və Fransadakı daxili siyasi vəziyyətə də təsir edəcək.

Lakin nəzərə almaq lazımdır ki, Avropa Parlamentinə seçkilərdə çox az adam iştirak edir. Yəni, bu o demək deyil ki, Fransada və yaxud Almaniyada hazırkı hakimiyyət radikal sağ siyasi qüvvələri yerli seçkilərdə üstələyə bilməyəcəklər. Avrospektiklərin tərəfdarları azsaylı olsalar da, daha fəaldırlar. Ona görə də, yaxşı nəticələr əldə ediblər.

Azərbaycan üçün isə Avropa Parlamenti ilə münasibətlərdə hər hansısa prinsipial dəyişiklik olmayacaq. Münasibətlərin vəziyyəti gərgin olaraq qalacaq. Lakin əgər Ursula fon der Layenin rəhbərliyi ilə Avropa xalq partiyası qalib olarsa, ki, onun yenidən Avropa Komissiyasının rəhbəri olacağı barədə söhbətlər gəzir, bu o deməkdir ki, Avropa institutlarından Azərbaycanla praqmatik münasibətlərə üstünlük verən Ursula fon der Layen olduğu üçün vəziyyət hal-hazırda necə var elə də davam edəcək.

İki vəzifə var ki, Azərbaycanla bağlı münasibətlərdə kritik rol oynayır. Yəni Ursula fon der Layenlə yanaşı, Avropa İttifaqı Şurasının rəhbərinin kim olacağı da önəmlidir. Yəni, Şarl Mişelin yerinə kimin olacağı əsasdır. Bu iki vəzifədən çox şey asılıdır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

İsrail niyə Yaxın Şərqdə NATO-nun analoquna ehtiyac duyur?

Şeyx Əbdül : "Ağadadaşı görsəniz tanımazsınız"

Ən çox oxunanalar