Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şarl Mişellə Ursula fon der Leyen arasında qarşıdurma...

Avropa Şurasının rəhbəri Şarl Mişel Ursula fon der Leyeni Aİ-də əsas təyinatları müzakirə etməkdən uzaqlaşdırmaq istəyir...

Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni Aİ liderlərinin siyasi birlikdə əsas vəzifələrə təyinatları müzakirə etməyi planlaşdırdığı iclasdan təcrid etmək niyyətindədir.

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.

Politico-nun mənbələrinə görə, Mişel Aİ liderləri ilə söhbətlərində fon der Leyenin iyunun 17-nə planlaşdırılan tədbirdən kənarlaşdırılmasını təklif edib. İclasda əsas vəzifələrin, o cümlədən Avropa Komissiyasının rəhbəri postunun bölgüsü müzakirə olunacaq.

Mənbələrə görə Avropa hökumətlərinin başçıları Mişelin bu təklifinə mənfi reaksiya veriblər.

“Aİ ölkələri Şarl Mişelin AK prezidenti vəzifəsinə seçim prosesində artan rolundan getdikcə daha çox qıcıqlanır. Görünür, onu yalnız şəxsi motivlər idarə edir”, deyə nəşr avropalı diplomatdan sitat gətirir.

Bundan əvvəl belə bir məlumat yayılıb ki, Avropa Şurasının rəhbəri Şarl Mişel gərgin münasibətlər səbəbindən Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin ikinci müddətə yenidən seçilməsinə mane olmağa çalışır. Xəbərdə qeyd olunur ki, Avropa Şurasının rəhbəri yüksək vəzifələrə namizədləri birlikdə müzakirə etmək əvəzinə, Aİ liderləri ilə təkbətək söhbət etmək taktikasından istifadə edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Ən çox oxunanalar