Çərşənbə, 19 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistan-Rusiya münasibətlərinin əvvəlki səviyyəyə qayıtması real görünmür...

Açıq şəkildə hiss olunur ki, Rusiya rəhbərliyi İrəvanla daha yumşaq davranmağa və dözümlülük nümayiş etdirməyə çalışır...

Turan Rzayev: “Düzdür, keşiş Baqratın başlatdığı aksiyaların pərdəarxasında Rusiya var. Rusiya onu hakimiyyətə gətirərək yenidən vəziyyəti əvvəlki halına qaytarmağı düşünür”.

“İndiki məqamda təbii ki, Ermənistan-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın maraqlarına uyğun deyil. Yəni biz faktiki olaraq Paşinyanın Qərb meyilli siyasətindən istifadə etdik və Rusiya-Ermənistan ittifaqının münasibətilərinin pozulmasından istifadə edib, problemlərimizi həll etdik”.

Bu sözləri politoloq Turan Rzayev Rusiya-Ermənistan münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Moskva geri çağırdığı səfirini yenidən İrəvana göndərib. Belə güman edilirdi ki, Rusiya Ermənistandakı səfiri Sergey Kopırkini Moskvaya Ermənistan rəsmilərinin anti-Rusiya ritorikalarından əl çəkmələri xəbərdarlığı üçün geri çağırmışdı. Ancaq Ermənistan hökumətinin Rusiya siyasətində dəyişən bir şey yoxdur. Səfir İrəvana dönər-dönməz Ermənistanın parlament sədri Alen Simonyan Rusiyanın ünvanına çox ağır sözlər dedi. Digər tərəfdən açıq şəkildə hiss olunur ki, Rusiya rəhbərliyi İrəvanla daha yumşaq davranmağa və dözümlülük nümayiş etdirməyə çalışır.

Ermənistanla Rusiya arasındakı bu vəziyyəti necə dəyərləndirmək olar? Kreml Paşinyanı yola gətirə bilməsə hadisələr hansı istiqamətdə cərəyan edə bilər?

Moskva-Yerəvan münasibətlərinin indiki vəziyyətini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Rusiya Ermənistanı birmənalı şəkildə Qərbə görə itirmək istəmir. Bu baş verərsə, həqiqətən Cənubi Qafqazda artıq Rusiyanın olmadığını demək olar”.

Rusiyanın Ermənistana dözümlülük nümayiş etdirməsinin məqsədyönlü bir addım olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, söhbət burada daha çox Ermənistandakı Rusiya təsirinin sıradan çıxmamasıdır:

“Ümumiyyətlə, Ermənistan-Rusiya münasibətlərinin əvvəlki səviyyəyə qayıtması real görünmür. Bu ancaq o vaxt baş verə bilər ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsun və hakimiyyətə yenidən ruspərəst qüvvələr gəlsin. Amma hələlik bu da real görünmür. Düzdür, keşiş Baqratın başlatdığı aksiyaların pərdəarxasında Rusiya var. Rusiya onu hakimiyyətə gətirərək yenidən vəziyyəti əvvəlki halına qaytarmağı düşünür. Amma bunun xaricində, Paşinyan hakimiyyətdə olduğu təqdirdə çətin ki, münasibətlər bir də əvvəlki kimi düzəlsin.

Təsadüfi deyil ki, Rusiya tərəfi də mövcud Ermənistan-Rusiya münasibətləri ilə bağlı verilən suallara cavabında deyir ki, Rusiyanın Ermənistanla yox Ermənistan hakimiyyəti ilə problemləri var. Demək ki, hakimiyyət dəyişikliyi olarsa, mövcud problemlər də həll edilə bilər.

Turan Rzayev: “Paşinyan hakimiyyətdə olduğu təqdirdə çətin ki, münasibətlər bir də əvvəlki kimi düzəlsin”.

İndiki məqamda təbii ki, Ermənistan-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın maraqlarına uyğun deyil. Yəni biz faktiki olaraq Paşinyanın Qərb meyilli siyasətindən istifadə etdik və Rusiya-Ermənistan ittifaqının münasibətilərinin pozulmasından istifadə edib, problemlərimizi həll etdik. Yekun sülh müqaviləsinin imzalanmasına qədər proseslərin bu məcrada davam etməsi bizim üçün daha məqbul bir variantdır.

Rusiyanın Ermənistana dözümlülük nümayiş etdirməsi məqsədyönlü bir addımdır. Yəni söhbət burada daha çox Ermənistandakı Rusiya təsirinin sıradan çıxmamasıdır və xüsusilə də, Ermənistandakı rus hərbi bazalarının ərazidən çıxmaması üçün atılan addımdır. Rusiya Ermənistanı birmənalı şəkildə Qərbə görə itirmək istəmir. Bu baş verərsə, həqiqətən Cənubi Qafqazda artıq Rusiyanın olmadığını demək olar. Buna görə də Rusiya müəyyən mənada açıq qapı da saxlayır ki, əlaqələri və gələcək münasibətləri davam elətdirə bilsin”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

İki ölkə Ruttenin NATO-nun Baş katibi olmasına qarşıdır

Avro-2024: Türkiyə ilk matçında qələbə qazandı 

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı, ölənlər var

Tural Müseyibov işdən çıxarıldığını təkzib edib - Yenilənib

Ərdoğan və Paşinyan Türkiyə-Ermənistan münasibətləriini müzakirə ediblər

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Polşa dövləti ermənini İnterpol xətti ilə beynəlxaq axtarışa verdi - Foto

Ermənistanda "Daşnaksütyun"un 5 nümayəndəsi həbs edildi

Verma İrəvana ABŞ-ın hansı təklifini gətirib?

MN-dən Fransaya xəbərdarlıq: Ermənistanın silahlandırılması yeni müharibəyə aparan yoldur

Orban: Brüsseldə Avropa xalqının iradəsinə məhəl qoyulmadı

Ən çox oxunanalar