Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb

Azərbaycanda pomidor sahələrinin sığortası başlayıb...

“Report”un Aqrar Sığorta Fonduna istinadən verdiyi məlumata görə, aprel-may ayları Azərbaycanda pomidor sahələrinin sığortalanması dövrüdür.

Rəsmi məlumatlara əsasən, Azərbaycandakı açıq və qapalı sahələrdə ümumilikdə 18 min hektara yaxın ərazidə pomidor becərilir. Bu sahələrdən ildə 800 min tondan artıq məhsul götürülür.

Pomidor ölkənin bütün ərazilərində əkilir, ən çox pomidor əkinləri Xaçmaz rayonundadır. Burada 2 min hektara yaxın sahədə pomidor əkilir. Qubada 1 000 hektar, Sabirabadda 900 hektar, Şəmkirdə 1650 hektar, Ucarda 776 hektar, KürdəmirBiləsuvarda 600 hektar, Lənkəranda isə 1 121,3 hektar pomidor sahəsi var.

Artaq bir neçə ildir ki, pomidor Azərbaycandan xaricə ixrac olunan qeyri-neft məhsulları siyahısında əsas yerlərdən birini tutur. Təkcə 2023-cü il ərzində ölkəmiz pomidor ixracından təxminən 162 milyon ABŞ dolları məbləğində qazanc əldə edib. Son 3 ildə bu rəqəm demək olar ki, dəyişmir və pomidor ixracı Azərbaycanda kənd təsərrüfatının sabit gəlirli sahəsi hesab olunur.

Pomidor iqtisadi cəhətdən sərfəli, gəlirli bitki olsa da, çoxsaylı risklərə qarşı həssasdır və xüsusi qulluq tələb edir. Bu səbəbdən pomidor Aqrar Sığorta Fondu tərəfindən sığortalanan bitkilər siyahısına daxil edilib. Pomidor əkini ilə məşğul olan fermerlər öz əkinlərini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən – dolu, qasırğa, fırtına, sel-subasma, 3-cü şəxslərin hərəkətləri, müxtəlif xəstəliklərdən qoruya bilərlər.

Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə fəaliyyət göstərdiyinə görə, əkin sahələrinin sığortalanması zamanı hesablanmış sığorta haqqının 50 %-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahəsini sığorta edə bilirlər. Məsələn, Salyan rayonunda 1 000 manatlıq pomidor əkininin sığortalanması üzrə sığorta haqqı 20,2 manat təşkil edir. Bu məbləğin yarısını dövlət, qalan 10,1 manat sığorta haqqını isə fermer ödəyir. Quba-Xaçmazda bu məbləğ 11,8 manat, Mərkəzi Aran bölgəsində 10,5 manat, Qazax-Tovuz regionunda 21,7 manat, Lənkəranda isə 11 manat təşkil edir.

Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası mövsümidir və müəyyən vaxt ərzində həyata keçirilməlidir. Bu baxımdan pomidor əkinlərinin sığortası dövrü may ayının ortalarına qədər davam edəcək. Fermerlər əkinlərin yerləşdiyi regiondan asılı olaraq həmin tarixlərədək pomidor əkinlərini sığortalaya, bu sahədəki məhsul və gəlirlərini risklərdən qoruya bilərlər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar