Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan və Rusiya Arktikada birgə layihələr həyata keçirəcəklər

Hindistan və Rusiya Arktikada əhəmiyyətli layihənin həyata keçirilməsi imkanlarını müzakirə edirlər...

Hindistan elmi əhəmiyyətinə görə Beynəlxalq Kosmik Stansiya (BKS) ilə müqayisə oluna bilən Arktikada Rusiya ilə birgə layihəni müzakirə edir.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinə Rusiya Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) direktoru Aleksandr Makarov Hindistanın Qütb və Okean Tədqiqatları Milli Mərkəzinin nümayəndələri ilə danışıqların aparıldığı Vasko da Qama (Qoa) şəhərinə səfərindən sonra məlumat verib.

Rusiya hazırda Arktikada güclü tədqiqat layihəsini - Şimal Qütbünə üzən ekspedisiyanı həyata keçirir. Alimlərimiz yüksək enliklərdə elmi işlərin aparılması üçün ən müasir avadanlıq və texnologiyaya malik olan unikal gəminin - buzadavamlı platformanın dəstəyi ilə işləyirlər. Biz hindistanlı həmkarlarımızı tədqiqata qoşulmağa dəvət etdik və onlar çox maraqlandılar”, deyə Makarov bildirib.

Makarovun sözlərinə görə, yaxın vaxtlarda Hindistanın elmi müəssisələrinin nümayəndələri ilə bir sıra işgüzar görüşlər başlayacaq, bu görüşlərdə Arktika regionunun təbii mühitinin öyrənilməsi üçün mümkün istiqamətlər və mövzular müzakirə olunacaq.

“BKS və ya Böyük Adron Kollayderi kimi ən böyük layihələrə baxsanız, onların hamısı beynəlxalq layihələrdir. Oxşar təcrübə bizim Hindistandan olan həmkarlarımızın iştirakı ilə Arktikada həyata keçirilə bilər”, deyə AARİ-nin direktoru vurğulayıb.

Makarov xatırladıb ki, Antarktidada Rusiya və Hindistan kifayət qədər uzun müddətdir ki, genişləndirilə bilən müvafiq saziş çərçivəsində əməkdaşlıq edir və bir-birlərinə kömək edirlər. Onun sözlərinə görə, hind alimləri uzun müddətdir Arktikada tədqiqatlar aparırlar, lakin onları bu regionda Rusiya ilə birgə işləmək imkanı nəzərəçarpacaq dərəcədə cəlb edib.

“Hindistanlı alimlərin Arktikaya marağı son vaxtlar xeyli artıb, çünki yüksək enliklərdə iqlim dəyişikliyi bütün planetə təsir edir. Arktikada atmosfer sirkulyasiyasındakı dəyişikliklər Hindistan musson sisteminə təsir göstərir və kənd təsərrüfatı üçün əhəmiyyətli nəticələrə səbəb olur. Biz mussonların mövsümiliyi və intensivliyinin dəyişməsini, Hindistan vətəndaşlarının həyatına təsir edən istilik dalğalarının meydana çıxmasını qeyd edirik”, deyə alim izah edib.

AARİ rəhbəri vurğulayıb ki, Arktikada Rusiya-Hindistan əməkdaşlığı uzunmüddətli perspektivə malik ola bilər.

“Təbii mühiti daim öyrənmək və baş verən dəyişiklikləri təhlil etmək lazımdır. Yeni elmi biliklər gələcək iqlim dəyişikliklərinə vaxtında uyğunlaşmağa və mümkün zərərləri minimuma endirməyə kömək edəcək. Bu, dünyanın bütün alimləri üçün vacib və faydalıdır”, deyə Makarov fikrini yekunlaşdırıb.

Xatırladaq ki, Arktika və Antarktika Tədqiqat İnstitutu Yerin qütb bölgələrinin öyrənilməsi üzrə dünyanın aparıcı elmi mərkəzidir. 100 ildən artıqdır ki, AARİ Arktika regionunun Rusiya hissəsində və Antarktidada federal məqsədli proqramlar və Rusiya hökumətinin qaydaları çərçivəsində Roshidrometin, nazirliklərin və idarələrin sifarişləri əsasında fundamental və tətbiqi tədqiqat və inkişaf işləri aparır.

Həmçinin Qütb və Okean Tədqiqatları Milli Mərkəzi Vasko da Qama (Qoa) şəhərində yerləşən Yer Elmləri Nazirliyinin nəzdində Hindistanın muxtar tədqiqat müəssisəsidir. Bu qurum Hindistanınn Antarktika proqramının idarə edilməsinə cavabdehdir və Hindistanın Antarktika tədqiqat stansiyalarına xidmət göstərir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Ən çox oxunanalar