Ukrayna dəfələrlə Qərbdən hava hücumundan müdafiəni gücləndirməyi xahiş edib...
Aİ və NATO müttəfiqləri Yunanıstan və İspaniyaya güclü təzyiq göstərməkdə davam edirlər. Həır iki qurum bu ölkələrdən Ukraynanı daha çox hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi tələb edirlər.
Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Aİ liderləri keçən həftə Brüsseldə keçirilən sammitdən istifadə edərək Yunanıstan və İspaniyanın baş nazirlərini hava hücumundan müdafiə sistemlərinin bir hissəsini Ukraynaya köçürməyə şəxsən xahiş ediblər. Bu məsələ bazar ertəsi, aprelin 22-də Aİ xarici işlər və müdafiə nazirlərinin Lüksemburqda keçirilən görüşündə də müzakirə olunub.
Qeyd edək ki, aprelin 18-də Polşanın Baş naziri bəyan edib ki, onun ölkəsi Ukraynanı “Patriot”la təmin etmək imkanına malik deyil. Onun sözlərinə görə, Varşavada sadəcə olaraq kifayət qədər belə komplekslər yoxdur.
Poliqon.info