Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ İrana qarşı yeni sanksiyalar növü təklif edib...

Avropa Parlamentinin (AP) Belçikadan olan üzvü Assita Kanko İranın aprelin 13-dən 14-nə keçən gecə İsrailə hücumu ilə əlaqədar Tehrana qarşı yeni sanksiyaların tətbiqinə çağırıb...

Poliqon xəbər verir ki, parlamentari Avropa diplomatiyasının rəhbəri Cozep Borrellə ​​müraciətində ölkəyə ballistik raketlərin yaradılması üçün komponentlərin tədarükünə qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar növü təklif edib.

"İranın İsrailə raket hücumundan sonra Komissiyanın vitse-prezidenti - Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-nin İrana qarşı əlavə sanksiyaları, məsələn, ölkəyə ballistik raket komponentlərinin tədarükünə qadağa qoyulmasını təklif etmək niyyətindədir?", deyə Kanko sual edib.

Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya hücum edib. Hücum zamanı diplomatik missiya binası dağıdılıb, 16 nəfər həlak olub.

Aprelin 13-dən 14-nə keçən gecə İran İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atıb. Tehran bu hərəkətləri diplomatik missiyasına vurulan zərbəyə cavab adlandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ən çox oxunanalar