Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Koreya: Nüvə silahından istifadə Şimali Koreya rejiminin sonu olacaq    

Cənubi Koreyanın Müdafiə Nazirliyi Pxenyana xəbərdarlıq edib ki, Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd edərsə, onun rejiminin sonu olacaq...

Poliqon xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

"Şimali Koreya silahdan istifadə etməyə çalışarsa, Cənubi Koreya və ABŞ ittifaqından dərhal, güclü və qətiyyətli cavab alacaq və rejim öz sonu ilə üz-üzə qalacaq", deyə Müdafiə Nazirliyinin sözçüsü Con Ha-kyu Pxenyanın nüvə əks-hücumunun imitasiyası ilə keçirdiyi hərbi təlimlər barədə xəbərləri şərh edərkən bildirib.

Con Ha-kyu qeyd edib ki, Şimali Koreyanın davam edən təxribatları yalnız Cənubi Koreyanın hərbi potensialını və ABŞ-ın gücləndirilmiş çəkindirmə qabiliyyətini, eləcə də Yaponiya ilə təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlığı gücləndirəcək.

Genişləndirilmiş çəkindirmə dövlətlərin öz müttəfiqlərini qorumaq üçün nüvə də daxil olmaqla hərbi imkanlarının tam spektrindən istifadə etmək öhdəliyi deməkdir.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) Seul və Vaşinqton arasında davam edən hərbi təlimlər fonunda Pxenyanın son raket sınağını "güc nümayişi" adlandırıb.

JCS sözçüsü Li Sonq-junq Şimali Koreyanın nüvə hücumu ehtimalı ilə bağlı bəyanatını "şişirdilmiş" kimi qiymətləndirib və əmin edib ki, Cənubi Koreya ordusu Şimali Koreyanın ballistik raketlərini aşkar edib vurmağa hazırdır.

Şimali Koreyanın Super Böyük Ballistik Raket Sistemi Seul və müttəfiqləri tərəfindən Cənubi Koreyanın istənilən yerində hədəfi vura bilən qısa mənzilli raket kimi təsnif edilir. Pxenyan belə bir silahın taktiki nüvə başlığı ilə təchiz oluna biləcəyini iddia edir.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

Ən çox oxunanalar