Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Məmmədxanovun anım günüdür    

Bu gün “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun vəfat etməsindən 13 il ötür. Məşhur kapitan ürək çatışmazlığı nəticəsində həyatını itirib.

Xatırladaq ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub.

Bakının 160 saylı orta məktəbini bitirib, 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1988-ci ildə məşhur “Bakılı oğlanlar” komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.

Anar Məmmədxanov o dövrdə Azərbaycanın ən gənc deputatı olub. O, üç dəfə - 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci illərdə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.

1992-ci ildə ŞHK Ali Liqasının çempionu, 1993-cü il ŞHK Ali Liqasının finalçısı, ŞHK Yay Kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandası turnirinin çempionu (2000) olub.

Anar Məmmədxanov 2011-ci il aprelin 23-də vəfat edib. Bir oğlu və iki qızı qalıb.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ən çox oxunanalar