Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il büdcədən azad olunmuş ərazilərə xərclənmiş vəsait açıqlanıb

2024-cü ilin I rübündə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün xərclənən vəsait açıqlanıb...

Bu barədə APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, 2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3825,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sifariş sənədləri əsasında 31,9 faizi və ya 1220,7 milyon manatı ayrılmışdır ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5% çoxdur.

Qeyd edək ki, istifadə edilmiş vəsaitin 1138,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisi, yenidən qurulması (avtomobil və dəmir yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 885,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 212,3 milyon manat, meliorasiya işlərinin aparılması üçün 34,1 milyon manat, bərk məişət tullantıları infrastrukturunun yaradılması üçün 0,8 milyon manat, kadastr xidmətlərinin həyata keçirilməsi üçün 0,4 milyon manat və digər infrastruktur layihələrinin icrası üçün 5,6 milyon manat), 23,6 milyon manatı sosial təyinatlı layihələrin tikintisi, yenidən qurulması (təhsil və səhiyyə tədbirlərinə), 20,1 milyon manatı Zəngilan şəhərində Konqres Mərkəzinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) ümumi istifadəsi üçün vahid inzibati binanın layihələndirilməsi və tikintisi, 15,0 milyon manatı ərazilərin minalardan təmizlənməsi, 23,5 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar