Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalant: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik...

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək

Bu barədə “Report” “The Jerusalem Post”a istinadən xəbər verir.

"Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerinə yetirmək niyyətindəyəm. Bu, lazım olduğu qədər vaxt aparacaq, amma bu işləri görməyə borcluyuq", - o bildirib.

Bununla yanaşı, İsrail Müdafiə Ordusunun rəisi Herzi Halevi, bazar günü Cənub Hərbi Dairəsinin qərargahında dairə komandiri, general-mayor Yaron Finkelman, bölmə və briqada komandirləri ilə görüşdə daha çox döyüş planlarını təsdiqləyib.

Cənubi hərbi dairəsi İsrailin cənub hissəsinin, Qəzza zolağı, Misir və İordaniya ilə Cənub quru sərhədinin ərazi müdafiəsinə məsuldur. “The Times of Israel” bildirib ki, görüş Qəzza zolağının cənubundakı Rafahda ordunun gözlənilən əməliyyatı ərəfəsində baş tutub.

Bundan əvvəl İsrail komandanlığı ordunun HƏMAS qruplaşmasının 20 batalyonundan 24-nü sıradan çıxardığını və Rafahda qalanları məhv etməli olduğunu açıqlayıb. Eyni zamanda, təxminən 1,4 milyon fələstinli - anklav əhalisinin yarısından çoxu - hərbi əməliyyatlar səbəbiylə ölkənin şimal bölgələrini tərk etmək məcburiyyətində qaldıqdan sonra Rafaha sığınır.

Xatırladaq ki, 2023-cü ilin 7 oktyabrlnda HƏMAS qruplaşması İsrailə hücum edib. Buna cavab olaraq İsrail Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.

Poliqon info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar