Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubernator DeSantis Trampa dəstək kampaniyasına qoşulmağa razılıq verib

Florida ştatının qubernatoru Ron DeSantis, keçmiş rəqibləri ilə bazar günü səhər görüşdükdən sonra Donald Trampın seçki kampaniyasına dəstək verməyə razılıq verib....

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən The New York Post qəzeti məlumat yayıb..

Mənbələrin bildirdiyinə görə, iki tanınmış respublikaçılar gərgin münasibətləri düzəltmək üçün Mayamidə görüşüblər. Qeyd edilir ki, DeSantisin öz Oval Ofis ambisiyaları puç olduqdan sonra Respublikaçılar partiyasının namizədi üçün pul yığacağı gözlənilir.

Qeyd edək ki, 45 yaşlı DeSantis 2024-cü ilin yanvarında prezidentlik uğrunda kampaniyasını dayandırıb və Trampı Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli hələ yarışda olduğu müddətdə dəstəkləyəcəyini bildirib. Lakin DeSantis fevral ayında bildirib ki, Trampın seçki kampaniyasının bəzi rəsmiləri ona qarşı saxta ittihamlar irəli sürüb, keçmiş prezidentə qarşı cinayət işlərinin ona əsas seçiciləri cəlb etməyə kömək etdiyini iddia ediblər.

Tramp 2018-ci ildə Florida qubernatorluğuna ilk namizədliyini irəli sürərkən DeSantisi dəstəkləyib. Lakin DeSantis Ağ Evə namizəd olmağa hazırlaşarkən, isti münasibətlər soyuyub və düşmənçiliyə çevrilib. Tramp siyasi rəqibini “Ron DeSantimonius” adlandırıb, DeSantis isə Trampın ilk prezidentlik müddətinin aspektlərini tənqid edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ən çox oxunanalar