İsrail Müdafiə Nazirliyi Livanda “Hizbullah” infrastrukturunu vurduğunu açıqlayıb...
İsrail Livandakı yaraqlı şiə təşkilatı “Hizbullah”ın hədəflərinə hücum edib.
Poliqon xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.
“Gecə (bazar) İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı “Hizbullah” terror qruplaşmasının hədəflərinə hücum edib”, deyə məlumatda deyilir.
Hərbi idarədən bildirilib ki, vurulan hədəflər arasında “Hizbullah”ın Cebel At bölgəsindəki əməliyyat infrastrukturu, həmçinin Marvahine bölgəsindəki bir sıra hərbi obyektlər var.
Qeyd edək ki, aprelin 28-də İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Markab yaxınlığında və Sarubbin kəndi yaxınlığında “Hizbullah” mövqelərinə hava zərbəsi endirdiyini bildirib.
Poliqon.info