Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ABŞ-ı hədələyir - BCM Netanyahu haqqında həbs orderi verərsə, Fələstinə qarşı sərt addım atacaq...

İsrail rəsmiləri haqda Beynəlxalq Cinayət Məhkəməsinin hıbs orderi olarsa, Netanyahu höküməti Fələstinə qarşı sərt hərəkətlərə əl atacaq...

İsrail ABŞ prezidenti Co Bayden administrasiyasını Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrail rəhbərliyinin həbsinə order verəcəyi təqdirdə Fələstin Milli Administrasiyasına (PNA) qarşı cavab tədbirləri görəcəyi ilə hədələyib.

Poliqon xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

“İsrail Bayden administrasiyasına bildirib ki, hökümət üzvləri haqda həbs qərarı verilərsə, Fələstin Muxtariyyətini məsuliyyətə cəlb edəcək və onun dağılmasına səbəb ola biləcək qətiyyətli addımlar atacaq”.

Nəşr qeyd edir ki, mümkün tədbirlərdən biri İsrailin Fələstin Administrasiyası üçün topladığı vergi gəlirlərinin transferini dondurmaq ola bilər. Bu vəsait olmasa, Fələstin Muxtariyyətinin fəaliyyəti iflic ola bilər.

İsrail tərəfi təhdidini Fələstin Muxtariyyətinin BCM prokuroruna order vermək üçün təzyiq göstərə biləcəyi şübhələri ilə əsaslandırır. Öz növbəsində Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə şəxsi söhbətində qeyd edib ki, Vaşinqton BCM-nin hərəkətlərini dəstəkləmir və prosesləri dayandırmaq üçün addımlar atır.

Qeyd edək ki, daha əvvəl ABŞ Konqresinin nümayəndələri BCM-ə xəbərdarlıq etmişdilər ki, İsrail rəsmilərinin həbsinə order verilərsə, Vaşinqton cavab tədbirləri görəcək. Bu məsələdə Respublikaçılar və Demokratlar partiyalarının üzvlərinin İsraillə bağlı mövqeyi üst-üstə düşür.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar