Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada peyk çəkilişi məhdudlaşdırıla bilər

Ukrayna ölkə ərazisinin peyk çəkilişlərini məhdudlaşdırmaq qərarına gəlib və buna cavabdeh olan şirkətlə danışıqlara başlayıb...

Poliqon xəbər verir ki, bu barədə məlumat Ukrayna Müdafiə Nazirliyinin "Telegram" kanalında yer alıb.

Nazir müavini Yekaterina Çernorenkonun sözlərinə görə, Ukrayna ərazisinin təsvirləri düşmən tərəfindən istifadə oluna bilər, ona görə də riskləri minimuma endirmək üçün peykdən çəkilən görüntülər məhdudlaşdırılmalıdır.

Nazirlik danışıqların davam etdiyi şirkətin adını açıqlamır. Amma qeyd edilir ki, o hazırda dünyada yeganə şirkətdir ki, hər gün 3-5 m təsvir ölçüsündə Yerin bütün səthini çəkir.

Bundan əlavə, Müdafiə Nazirliyi münaqişə zamanı kosmik kəşfiyyatı qadağan edəcək beynəlxalq hüquqi mexanizmlər hazırladıqlarını bəyan edib.

Martın 16-da "Reuters" xəbər verdi ki, milyarder İlon Maskın "SpaceX" şirkəti ABŞ kəşfiyyat agentliyi ilə gizli müqavilə əsasında yüzlərlə casus peykdən ibarət şəbəkə qurur. Agentliyin məlumatına görə, yeni aşkarlanan məlumatlar "SpaceX"ə məxsus "Starlink" peyk rabitəsinin Ukraynadakı müharibədə istifadəsində yeni fəsildən xəbər verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Ən çox oxunanalar