Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Şəkidə dəhşətli qətlin bəzi təfərrüatları məlum olub...

APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində Şəkinin Baş Şabalıd kəndində iki nəfəri amansızcasına odlu silahla qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Belə ki, qətlə yetirilən 58 yaşlı Azər Sədi oğlu Sədiyev və 67 yaşlı İsrafil Əhmədiyyə oğlu Məmmədsoya məxsus mal-qara hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Namik Əbil oğlu Məmmədova məxsus torpaq sahəsinə girib və təsərrüfata ziyan verib.

Bu da qohumluq əlaqəsi olan şəxslər arasında mübahisəyə səbəb olub.

Daha sonra Namik Məmmədov ov tüfəngi ilə əvvəlcə İsrafil Məmmədsoyu, bir qədər sonra isə Azər Sədiyevi güllələyərək öldürüb.

İki nəfər qohumunu güllələyərək qətlə yetirdikdən sonra Namik Məmmədov ov tüfəngi ilə intihara cəhd edib.

Namik Məmmədov hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) müalicə olunur.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb.

***

Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Poliqon.info


Etiket: qətl DİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar