Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell Premium Tarifi və Premium+ Loyallıq Proqramını istifadəyə verib

Mobil operator abunəçilərinə xüsusi tarif paketləri və özəl imkanlar təklif edir...

Azercell müştərilərin müasir mobil ehtiyaclarına uyğun müxtəlif həcmli və qiymətli tarif paketlərini təqdim etməyə davam edir. Ölkənin lider mobil operatoru Premium tarifini fakturali və fakturasiz (SimSim) xətt abunəçilərinin istifadəsinə verib. Premium tarif paketlərində müxtəlif qiymət aralıqlarını əhatə etmək məqsədilə daha çox seçim mövcuddur:

Bütün Premium paketləri daxilində WhatsApp və FB Messenger tətbiqlərində mətn yazışmaları üçün 1GB internet təqdim olunur.

Bununla yanaşı, Premium tarifinə qoşulan abunəçilər Azercell-in Premium+ Loyallıq Proqramına da üzvlük əldə edirlər. Sözügedən proqram müştərilərə fərdi Premium dəstək xətti, Əlaqə Mərkəzinə ödənişsiz və üstünlüklü müraciət etmə imkanı, Azercell Eksklüziv ofislərində "Fast Track" ("Sürətli keçid") xidməti, pulsuz Mobil Müştəri Xidmətindən istifadə, ad günü hədiyyələri və digər xüsusi imtiyazlar verir.

Qeyd edək ki, Premium+ Loyallıq Proqramına Premium 50GB, Premium 75GB və Premium 100GB tariflərinin abunəçiləri, həmçinin də Azercell şəbəkəsində son 6 ay ərzində aylıq abunə xərci 40 AZN və daha çox olan abunəçilər (hər ay üzrə bu limiti keçməlidir) üzvlük əldə etmiş olurlar.

Premium tarifi və Premium+ Loyallıq Proqramı barədə daha ətralı məlumatla tanış olmaq üçün aşağıdakı linklərə keçid edin: https://www.azercell.com/az/personal/premium-plus.html

https://www.azercell.com/az/personal/plans-and-services/mobile-tariffs/premium-tariff.html

Poliqon.info


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

İranın hökumət nümayəndə heyəti Raisi helikopterinin sərt eniş etdiyi yerə gedib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar