Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Elşad Şirin oğlu Qayımovun qalıqları dəfn edilib - Foto, Yenilənib

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Elşad Şirin oğlu Qayımovun qalıqları dəfn edilib...

APA-nın Şimal bürosu xəbər verir ki, Elşad Qayımovun qalıqları Xaçmazın Hacıqurbanoba kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Elşad Qayımovla vida mərasimi keçirilir.

APA-nın Şimal bürosu xəbər verir ki, Qayımov Elşad Şirin oğlunun qalıqları ailəsinə təhvil verilib. Xaçmaz rayonunun Hacıqurbanoba kəndində şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimində şəhid Elşad Qayımovun ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhidin qalıqları Hacıqurbanoba kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kərimbəyli kəndi istiqamətində itkin düşən Elşad Qayımovun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın hökumət nümayəndə heyəti Raisi helikopterinin sərt eniş etdiyi yerə gedib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Ən çox oxunanalar