Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işləri ilə tanış olub

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 7-də Kahramanmaraş vilayətində “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub...

Poliqon Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, layihə çərçivəsində Azərbaycan tərəfinin İcraçı Qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov tikinti işlərinin gedişi barədə Baş nazir Əli Əsədova məlumat verib.

Baş nazir tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək verib.

2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ dolları məbləğində vəsaiti Azərbaycan hökuməti tərəfindən ayrılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ən çox oxunanalar