Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Asim Nadir oğlu Səfərovun qalıqları Qəbələdə torpağa tapşırılıb...

APA xəbər verir ki, şəhid Asim Səfərovun qalıqları Qəmərvan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində rayon ictimayyətinin nümayəndələri, hərbçilər, şəhidin yaxınları, Qəbələ rayon icra hakimiyyətinin başçısı və digər rəsmi şəxslər iştirak ediblər.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Asim Nadir oğlu Səfərovla Qəbələ rayonunun Qəmərvan kəndində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Qəmərvan kənd qəbiristanlığına aparılır.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhidlə Qəbələdə vida mərasimi keçirilir..

APA xəbər verir ki, şəhid Səfərov Asim Nadir oğlunun qalıqları ailəsinə təhvil verilib. Asim Səfərovun anadan olduğu Qəmərvan kəndində keçirilən vida mərasmində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhidin qalıqları Qəmərvan kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində itkin düşən Səfərov Asim Nadir oğlunun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar