Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreya ballistik raketlər üçün mühərrikin sınağını keçirib

Şimali Koreyanın aprelin sonunda ballistik raketlərə quraşdırıla bilən maye raket mühərrikini sınaqdan keçirdiyi güman edilir.

Poliqon "Kyodo News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) peyk şəkilləri və məlumatlı mənbələrin məlumatlarına əsaslanaraq bildirib.

Analitik mərkəzin məlumatına görə, elan edilməmiş sınaq aprelin dördüncü həftəsi ərzində Sohae Peyk Başlatma Stansiyasında Yunsong Şaquli Mühərrik Test Standında keçirilib.

Sınaqın Şimali Koreyanın daha təkmil uzaqmənzilli ballistik raketlər, kosmik raketlər və peyklər hazırladığının sübutu olduğu bildirilir.

CSIS tərəfindən aprelin 29-da yayımlanan fotoşəkildə sınaq stendinin yaxınlığında yandırılmış bitki örtüyünün izləri göstərilir.

Aprel ayında CSIS və Cənubi Koreya rəsmiləri Şimali Koreyanın ayın sonuna qədər ikinci casus peykini orbitə çıxara biləcəyini bildirmişdilər. Lakin bu baş vermədi.

Bundan əvvəl Cənubi Koreyanın müdafiə naziri Şin Von Şik bildirib ki, Şimali Koreya tərəfindən kosmosa buraxılan ilk casus peyki "Mulliqan-1" təxminən üç aya yaxındır heç bir aktivlik əlaməti göstərmir və sadəcə olaraq Yerin orbitində fırlanır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - Açıqlama

Ən çox oxunanalar