Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın yeni “qırmızı xətt”lərini açıqlayıb...

Siyasi-şərhçi: “Nüvə silahı ilə təhdid o qədər absurd bir şeydir ki, bunu heç kəs ciddiyə almır”.

Rusiyaya qarşı duran tərəflərin qırmızı xəttləri varmı? Əlbəttə, var. Onlar bunu Putin qədər təkrarlayıb dəyərdən salmırlar. Buna görə də düşünürəm ki, bunların hamısı Rusiyanın daxili auditoriyasına hesablanmış təhdidlərdir, təbliğat xarakteri daşıyır”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiyanın açıqlanan yeni “qırmızı xətt”lərini Poliqon-a şərh edərkən qeyd edib.

R usiyanın sabiq prezidenti və Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedev NATO-nun Ukraynaya qoşun göndərəcəyi təqdirdə, Rusiyanın ABŞ, Böyük Britaniya və Fransaya nüvə zərbəsi endirəcəyini bəyan edib. Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi Moskvanın yeni “qırmızı xətt”lərini açıqlayıb. Bu yeni “qırmızı xətt”lərə görə Ukraynaya hərbi yardım göstərilməsi, eyni zamanda F-16-ların, raketlərin verilməsi Moskva tərəfindən nüvə təhlükəsi olaraq dəyərləndiriləcək. Digər tərəfdən Prezident Putin nüvə qoşunlarının təlimini elan edib.

Rusiyanın yeni “qırmızı xətt”lərini necə dəyərləndirmək olar və Moskvanın ən yüksək səviyyədə elan olunan nüvə təhdidi ciddi xəbərdarlıq kimi dəyərləndirilə bilər?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclunun fikirlərini öyrənib.

Ərəstun Oruclu: “Bunların hamısı Rusiyanın daxili auditoriyasına hesablanmış təhdidlərdir, təbliğat xarakteri daşıyır”.

Nüvə təlimlərinin real döyüş vəziyyətinə yaxın şəraitdə keçirilkədiyini vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, ümumiyyətlə indiki dünyada nüvə təhdidi absurd görünür:

“Ümumiyyətlə Dmitri Medvedev nəinki dünyanın heç bir yerində, heç Rusiyanın özündə belə normal və ciddi adam kimi qəbul olunmur. Yəni onu alkoqol təsiri altında, ya hansı təsir altında belə radikal fikirlər yayan yersiz, mənasız bir adam kimi qəbul edirlər.

Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib. Müharibə gedir, Ukraynaya yardım göstərilir, 61 milyard dollar məbləğində yardımın daxilində biz hələ bilmirik nələr olacaq. Yəni F16-lardan söhbəti gedir, raketlər verilməsi söhbəti gedir və bəzi yerlərdə iddia olunur, hətta bəzi Qərb mediyasında iddia olunur ki, Ukraynaya artıq uzaq mənzilli raketlər, hətta bu yardım paketi qəbul olunandan əvvəl verilib. Bu həcmdə yardım göstərilməsi avropa ölkələrinin artıq qeyd-şərtsiz ABŞ-ın təkliflərini qəbul edərək yardım prosesinə aktiv qoşulmasını göstərir. Burada artıq ciddi hərbi qarşıdurma yaranıb. Ona görə burada bütün vasitələrdən istifadə olunacaq.

Nüvə silahı məsələsinə gəlincə, Pentaqonun və ABŞ Milli Təhlükəsizlik Şurasının bununla bağlı açıqlaması oldu. Amerikalılar bildirdilər ki, taktiki nüvə silahından istifadə edilən təlimlər adi təlimdir. Onların bundan məlumatı var və Rusiyanın öz nüvə silahın döyüş hazırlığı vəziyyətinə gətirməsi müşahidə olunmur. Yəni belə təlimlər hər yerdə, hər zaman keçirilir. Adətən bu təlimlər zamanı bir çox hallarda nüvə başlıqlarından yox, onların maketlərindən istifadə olunur.

Bəs, bu təlimlərin məqsədi nədir? Məqsəd odur ki, tutalım nüvə hücumu olarsa, onlar da silahlı qüvvələrin, nüvə raket qüvvələrinin ona cavab vermək hazırlığının nə səviyyədə olduğunu bilsinlər. Buna görə də həmin o təlimlər keçirilir. Amma o demək deyil ki, bu təlimlər real döyüş vəziyyətinə yaxın şəraitdə keçirilir. Ona görə də indiki dünyada nüvə təhdidi absurd görünür .

Ərəstun Oruclu: “Putinin inaqurasiya mərasimindən sonra hansısa pozucu əməllər olacaq. Məsələn Ukraynaya qarşı hücumlar gücləndirilə bilər, başqa bölgələrdə, o cümlədən Cənubi Qafqazda təxribatlar törədilə bilər”.

Bu gün dünyanın ən azı səkkiz ölkəsində nüvə silahı mövcuddur. Bu bilinən ölkələrdir, amma bilinməyən ölkələr də var. Məsələn bu gün heç kim deyə bilməz ki, İran nüvə silahı əldə edib, yoxsa onu əldə etməyə yaxındır. Bundan əlavə heç kəsə sirr deyil ki, Şimali Koreyanın, Hindistanın və Pakistanın nüvə silahı var. Bir daha qeyd edim ki, ən azı 8 ölkənin, əslində isə 9 ölkənin nüvə silahı var. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çinin nüvə silahı var. Bir ölkənin də nüvə silahı olması barədə ziddiyyətli məlumatlar var. Bu ölkə də İsraildir.

Nüvə silahı ilə təhdid o qədər absurd bir şeydir ki, bunu heç kəs ciddiyə almır. Nüvə silahından istifadə onun qarşılıqlı tətbiqinə gətirib çıxara bilər. Nüvə silahı ilə bağlı ciddi, hətta məxfi anlaşmalar var. Çox güman ki, Şimali Koreya da bu anlaşmaya daxildir. Çünki Şimali Koreyanın eşitmək istəmədiyi Qərb, ABŞ var. Eyni zamanda Şimali Koreyanın siyasətinə adekvat yanaşdığı Çin və Rusiya da var.

Onu da qeyd edim ki, Putinin inaqurasiya mərasimindən sonra hansısa pozucu əməllər olacaq. Məsələn Ukraynaya qarşı hücumlar gücləndirilə bilər, başqa bölgələrdə, o cümlədən Cənubi Qafqazda təxribatlar törədilə bilər. Amma sual budur ki, Rusiyanın buna resursları çatacaqmı?

Rusiyaya qarşı duran tərəflərin qırmızı xəttləri varmı? Əlbəttə, var. Onlar bunu Putin qədər təkrarlayıb dəyərdən salmırlar. Buna görə də düşünürəm ki, bunların hamısı Rusiyanın daxili auditoriyasına hesablanmış təhdidlərdir, təbliğat xarakteri daşıyır. Çünki indi Rusiyada böyük səfərbərliyə hazırlıq gedir. Rusiya əhalisini bir qədər də bu təbliğata inandırma istəyir ki, səfərbərliyi daha rahat həyata keçirə bilsinlər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar