Cümə, 31 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrda “Adamın adamı”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın “Adamın adamı” pyesinin (bəstəkarı Xalq artisti Vasif Adıgözəlov) məşqlərinə başlanılıb.

İlk məşqdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev səhnə əsəri barədə yaradıcı heyətlə fikir mübadiləsi aparıb. Vaxtı ilə (2005-2011-ci illərdə) mərhum rejissor Faiq Zöhrabovun quruluşunda teatrın repertuarında yer alan eyniadlı tamaşanın rəğbətlə qarşılandığını diqqətə çatdıran Ə.Lalayev həmin tamaşa barədə xatirələrini bölüşüb. O, yeni quruluşda hazırlanan tamaşanın rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov başda olmaqla, hər kəsə uğurlar arzulayıb.

Qeyd edək ki tamaşada Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Nicat Əli, Ülviyyə Əliyeva, Türkel Tariqpeyma, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Gülcahan Salamova, Elxan İsmayılov, Ruslan Mürsəlov, İbrahim Əlizadə, Hidayət Əliyev, Nigar Qarayeva, Cəbrayıl Cəbrayılov iştirak edəcəklər.
Bu mövsümdən Musiqili Teatrla əməkdaşlığa başlayan tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva da “Adamın adamı”nın əsas ifaçıları sırasında olacaq.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Heydərovun strateji məğlubiyyəti – Bu obyektlər nazirlikdən alındı - Siyahı

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: Daha beş nəfər saxlanıldı - Yenilənib, Foto

Prezidentin yüksək vəzifə verdiyi Mikayılov kimdir? – Dosye

Baxmut uğrunda döyüşdə dönüş nöqtəsi – Rusiya öz gücünü itirib...

Fazil Mustafanı vuran sui-qəsdçilər niyə tutulmur? – Növbəti teraktın baş verməməsi üçün…

İran generalının ittihamı əsassızdır, gülüncdür - Müdafiə Nazirliyi  

“İstənilən deputatdan güclüyəm”- Faiq Ağayev

Cavan Zeynallının həyat yoldaşı ilbizdən vəfat edib? - Video

Sünni-şiə söhbəti edən din xadimlərinə xəbərdarlıq 

Ən çox oxunanalar