Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Çinin “ByteDance” korporasiyası problemi həll etmək üçün bütün qanuni variantları tükəndiyi təqdirdə TikTok-u satmaq əvəzinə ABŞ-da bağlamağı seçəcək...

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşrinin məlumatında bildirilir. Nəşr yazır ki, Amerika hakimiyyəti bütün ölkə ərazisində platformanı qadağan etməyə hazırdır.

“ByteDance”a yaxın mənbələr qəzetə bildiriblər ki, məsələ TikTok-un istifadə etdiyi alqoritmlərə aiddir. Onlar şirkətin ümumi əməliyyatlarının açarıdır və ona görə də sosial şəbəkənin satış ehtimalı çox azdır.

“TikTok çox populyar və bir milyarddan çox istifadəçisi olsa da, “ByteDance”in ümumi gəlirinin və gündəlik aktiv istifadəçilərinin kiçik bir hissəsini təşkil edir və hələ də zərərlə işləyir. Buna görə də, biznesin satışı şirkəti ciddi dividendlərdən məhrum etməyəcək. Lakin bu, rəqiblərə vacib texnologiyaların açıqlanması təhlükəsini yaradır”, deyə The Guardian-ın mənbələri qeyd ediblər.

Qeyd edək ki, aprelin 24-də Senat ABŞ-da TikTok-un qadağan edilməsi və ya satışı ilə bağlı qanun layihəsini təsdiqləyib. Sənədi artıq ABŞ prezidenti Co Bayden imzalayıb. Çin tərəfi “ByteDance” platformasını ÇXR-in yurisdiksiyasında olmayan şirkətə satmağı təklif edir. Bu bir il ərzində baş verməsə, tətbiq bütün ABŞ-da qadağan edilə bilər.

Bununla belə, TikTok sahibləri hələ də qanuna məhkəmədə etiraz etmək niyyətindədirlər. Onlar Amerika Konstitusiyasına Birinci Düzəlişin pozulması ilə bağlı şikayət vermək istəyirlər və iddia edirlər ki, sosial şəbəkə qadağan olunarsa, amerikalılar öz fikirlərini azad ifadə etmək üçün platformaya girişdən məhrum olacaqlar.

Bundan əvvəl The Wall Street Journal qəaetinin mənbələri də Çinin TikTok -usatmaqda maraqlı olmadığını bildirmişdilər. Onların fikrincə Pekin, ABŞ-da sosial şəbəkəni bağlamağa üstünlük verəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar