Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Fransanın paytaxtı Parisdə keçirilən Türkmənistanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə Beynəlxalq Forum (TEIF 2024) çərçivəsində Azərbaycanın “Caspian Logistics Solutions” və AZCHEMCO şirkətləri Türkmənistan nümayəndə heyətinə Azərbaycan milli xalçasını hədiyyə ediblər...

“Report” xəbər verir ki, bunu “Caspian Logistics Solutions” holdinqinin sədr müavini Rifat Sultanzadə deyib.

Onun sözlərinə görə, Qarabağ və Ahaltəkə atlarının təsviri olan bu xalça Azərbaycan və Türkmənistanın ruhunu, nəcibliyini, azadlıq eşqini və onsuz da möhkəm olan strateji əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində can atmasını göstərir: “Azərbaycan və Türkmənistan özlərini lazım olan hər şeylə tam təmin edirlər. Ölkələrimiz xarici təsirin heç bir forma və növündən asılı deyil. Biz bu gün müstəqilliyimiz dövründə çox böyük uğurlar qazana bilmişik və prezidentlərin sayıq rəhbərliyi altında sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr kimi çox mühüm məsələləri həll edərək inamla irəliləyirik”.

O vurğulayıb ki, xalça ərməğan olaraq xalqlarımızın qədim sənət və sənətkarlığını - xalçaçılıq sənətini simvolizə edir: “Həm Azərbaycan, həm də türkmən xalçaları dünya şöhrətinə malikdir. Türkmənistanda ölkənin dövlət rəmzləri üzərində xalça naxışları çəkilir ki, bu da əcdadların əhdinə, köklü adət-ənənələrinə və təməllərinə, xalqın dünyagörüşünə və mentalitetinə sadiqliyi ifadə edir”.

Hədiyyə kimi təqdim olunan xalça Azərbaycan istehsalçısı “Azərxalça”nın xüsusi sifarişi əsasında toxunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Ən çox oxunanalar