Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda saxtakar həkimin əməliyyat zamanı etdiyi səhv qadının sağlamlığına ziyan vurdu? - İddia

Bakıda qadın əməliyyat zamanı sağlamlığına ciddi ziyan vurulduğunu bildirir.

Bu barədə Oxu.Az-ın redaksiyasına zərərçəkən Ceyla Hüseynova şikayət ünvanlayıb.

O bildirib ki, A.Şəmsəddinski Tibb Mərkəzində həkim səhlənkarlığının qurbanı olub:

“Klinikada işləyən ginekoloq Aytən Güləhmədzadə məni səhv əməliyyat edib.

Belə ki, bartolin vəzi əməliyyatı olunmalı idim. Mənim bu həkimi seçməkdə məqsədim iki il əvvəl qeysəriyyə əməliyyatımı etməsi olub. Mən problemi ona dedim. O da əməliyyat edə biləcəyini söylədi. 2022-ci ilin oktyabrında həkimin köməkçisi Ceyran xanıma 200 manat beh verdim. Əməliyyata girmədən də sürücüsünü iş yerimə yolladı və qalan 650 manatı ödədim. 2022-ci il oktyabrın 7-də əməliyyat zamanı səhv edərək, sağlamlığıma ciddi zərər vurub və məcburi vaginoplastika edib. Halbuki mən ondan bunu etməsini istəməmişəm. Çünki hər ikisi başqa-başqa əməliyyatlardır. Həmin bartolin vəzinin cavabları dərhal analizə göndərilməli idi. Məni aldatdı ki, göndərmişəm. Əməliyyatdan dərhal sonra göndərilməsi lazım olan nümunələri məcburi yazılı cavab tələb etdikdən iki həftə sonra göndərdi. Əməliyyatdan sonra özümü pis hiss etdim. Oktyabrın 25-də orada analiz verdim. Qeyd edim ki, əməliyyat öncəsi məndən heç bir analiz götürülməyib. Əməliyyatdan yeddi ay keçsə də, əziyyət çəkirəm. Həmin problemin aradan qaldırılması üçün başqa həkim məni iki dəfə əməliyyat etdi. Hələ iki dəfə də əməliyyat olunmalıyam”.

O bildirib ki, məsələ barədə tibb mərkəzinin rəhbəri ilə də görüşüb:

“Tehran Şəmsəddinskaya ilə görüşüb, həkimin əməliyyat zamanı etdiyi səhvini izah etdim. O da mənə bildirdi ki, mərkəzdə əməliyyat keçirmək üçün heç bir avadanlıq olmayıb. Xəstənin qalması üçün reanimasiya otağı belə, yoxdur. İndi düşünürəm ki, əməliyyat zamanı, bəlkə də, o götürülən analiz nümunəsi mənim deyil. Avadanlıq olmayan yerdə o nümunə iki həftə orada necə saxlana bilər ki?! Daha sonra rəhbər mənə bildirdi ki, həkimlə danışacaq. Bir müddət sonra mənə səs yazısı atdı ki, orada etdirdiyim əməliyyat üçün ödəniş qəbzi yoxdur və mənə hədə-qorxu gəldi”.

Şikayətçi qeyd edib ki, məsələ barədə Nəsimi Rayon Prokurorluğuna müraciət edib:

“Prokurorluq həkimdən analiz götürmədən əməliyyat etməsinin səbəbini soruşan zaman o, oktyabrın 25-də verdiyim analizin tarixini saxtalaşdırıb prokurorluğa təqdim edib. Mən istəyirəm ki, məsələ tam araşdırılsın. Başqalarının da sağlamlığına zərər vurulmasın”.

Poliqon.info 

Ginekoloq Aytən Güləhmədzadə isə bildirib ki, xanımın dedikləri böhtan xarakterlidir:

“Mən işimin ustasıyam. C.Hüseynovanın iddiaları əsassızdır. Məsələ hüquq müstəvisində araşdırılır. Mən Nəsimi Rayon Prokurorluğunda izahatımı vermişəm”.

A.Şəmsəddinski Tibb Mərkəzinin rəhbəri Tehran Şəmsəddinskaya isə sualımızı cavablandırmadı.

Məsələ barədə Baş Prokurorluğa sorğu versək də, qurumdan hələ də heç bir cavab verilməyib.


Etiket: Həkim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar