Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya ərazisinə nüvə silahını yerləşdirəcək - Bu Avropanın təhlüləsizliyinə necə təsir edəcək?..

Finlandiyanın yeni prezidenti ABŞ-a müraciət edərək, ərazisində nüvə silahı yerləşdirilməsini istəyib...

Politoloq: “Finlandiyanın NATO-ya qəbulunu Rusiya prosesləri izləyəcəyi və onun gedişinə görə cavab reaksiyası verəcəyini hələ ilk vaxtlarda bəyan etmişdi”.

“Hal-hazırda qeyd edilən təlimlər yeni NATO üzvü olan Finlandiya və üzv olmağa böyük ölçüdə yaxınlaşan, hələlik isə Macarıstanın vetosu səbəbindən gözləyən İsveç üçün rutin təlimlər olmalı idi”.

Bu sözləri politoloq Azər Qasımov NATO-nun Finlandiya, İsveç və Norveçin şimalında, Rusiya sərhədi yaxınlığında təlimlər keçirməsini Poliqon-a şərh edərkən qeyd edib.

Bir qədər əvvəl Finlandiyanın yeni prezidenti Aleksandr Stubb ABŞ-a müraciət edərək, ərazisində nüvə silahı yerləşdirilməsini istəyib. Bundan başqa, NATO Finlandiya, İsveç və Norveçin şimalında, Rusiya sərhədi yaxınlığında martın 15-dək davam edəcək genişmiqyaslı “Nordic Response 24” təliminə başlayıb.

Bəs, Avropada proseslər hara gedir və Finlandiyada nüvə silahının yerləşdirilməsinə Moskvanın verəcəyi cavab Avropanın təhlüləsizliyi üçün hansısa əlavə probemlər yarada bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “NATO ölkəsi kimi Finlandiya ərazisində nüvə silahı yerləşdirilməsi gözlənilən addımdır”.

Finlandiya prezidentinin ABŞ-a ərazilərində nüvə silahı yerləşdirmək istəyinin vəziyyəti kökündən dəyişə biləcəyini vurğulayan politoloq Poliqon-a bildirib ki, Rusiya konvensional silahlarla hərbi təlimlərə nisbətən loyal yanaşa bilər, amma sərhəddində nüvə silahı yerləşdirilməsinə ən azı eyni addımı atmaqla cavab verəcək:

“Finlandiyanın NATO-ya qəbulunu Rusiya prosesləri izləyəcəyi və onun gedişinə görə cavab reaksiyası verəcəyini hələ ilk vaxtlarda bəyan etmişdi. Finlandiyanın NATO-ya qəbulu Türkiyənin veto qoyması səbəbindən bir müddət uzandığı üçün proseslər və emosiyalar bir qədər səngimişdi. Rusiyanın da başı Ukrayna müharibəsinə qarışmışdı. Finlandiya Türkiyənin razılığından sonra NATO-ya qəbul olunana kimi ABŞ Finlandiyanı NATO-dan kənar strateji müttəfiq elan etmiş, Finlandiyanın müdafiəsini öz üzərinə götürmüşdü və artıq müxtəlif silahların ora sövq edilməsinə başlanılmışdı.

Hal-hazırda başlanılan təlimlər isə yeni NATO üzvü olan Finlandiya və üzv olmağa böyük ölçüdə yaxınlaşan, hələlik isə Macarıstanın vetosu səbəbindən gözləyən İsveç üçün rutin təlimlər olmalı idi. Çünki NATO-ya inteqrasiya məqsədi ilə belə təlimlər İsveç və Finlandiya üçün lazımlı idi. Bu təlimin Rusiya sərhədlərinə yaxın keçirilməsinin də hesab etmək olar ki, ciddi məqsədi, yəni Rusiyaya hücum kimi planı yoxdur. Bu, sadəcə bir təlimdir və gözləmək olar ki, belə təlimlər artıq tez-tez olacaq.

Azər Qasımov: “Hələlik, ABŞ Rusiyanın reaksiyasını gözləyəcək”.

Finlandiya prezidentinin ABŞ-a ərazilərində nüvə silahı yerləşdirmək istəyi vəziyyəti kökündən dəyişə bilər. Rusiya konvensional silahlarla hərbi təlimlərə nisbətən loyal yanaşa bilər, amma sərhəddində nüvə silahı yerləşdirilməsinə ən azı eyni addımı atmaqla cavab verəcək. NATO ölkəsi kimi Finlandiya ərazisində nüvə silahı yerləşdirilməsi gözlənilən addımdır. Bu, əksər yerlərdə belədir.

Hesab edirəm ki, ABŞ hələlik gərginliyə getməyəcək. Ərazisində nüvə silahı yerləşdirməyi istəmək ayrı məsələdir, bilavasitə yerləşdirilməsi isə ayrı məsələdir. Ona görə hələlik, ABŞ Rusiyanın reaksiyasını gözləyəcək. Təbii ki, nüvə silahı gec-tez Finlandiya ərazisinə yerləşdiriləcək, amma hələlik bunun mesajı verilir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar