Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Ermənistana qarşı susqunluğu: Mahiyyəti və səbəbləri...

İranın Cənubi Qafqaz siyasətinin prioritetlərindən biri Qərbin regiona nüfuzu və təsirinin qarşısını almaqdır. Lakin Tehran Ermənistan-Qərb yaxınlaşmasına sərt reaksiya vermək əvəzinə susqunluğunu qoruyur...

Poliqon xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) təhlil yazısında billdirilir.

Ermənstan - İran üçün imtiyazlı ölkə

İran üçün Ermənistan xüsusi və imtiyazlı ölkədir. Tehran Yaxın Şərq siyasətində Suriya, Cənubi Qafqazda isə Ermənistana üstünlük verir. Ermənistan İranın qonşuları arasında müsəlman olmayan yeganə ölkədir. Ən maraqlısı isə odur ki, bu xristian dövləti islamçı rejimin problem yaşamadığı tək qonşu ölkədir. İranın nöqteyi-nəzərindən Ermənistan Cənubi Qafqazda xristian Qərbin bir parçasıdır. Bu amil İranın Qərblə münasibətlərini yumşaltmaq imkanlarından biri kimi qiymətləndirilir.

Geosiyasi baxımdan isə Ermənistan Türkiyə ilə yanaşı İranın Avropaya açılan iki pəncərəsindən biridir. Lakin İran Türkiyədən asılılığını azaltmağı düşünür və Ermənistanla münasibətləri gərginləşdirməklə Türkiyə marşrutundan asılılığını artırmaq istəmir. İranın Azərbaycan-Türkiyə müştərək layihələrinə qarşı Ermənistan kartından istifadəsi də məhz bu kontekstdə dəyərləndirilməlidir.

İran Ermənistanla yaxşı münasibətlər qurmaqla həm də Qərbə müxtəlif mesajlar verir. O bəyan edir ki, İŞİD, “Taliban”, “Əl-Qaidə” və bu kimi təşkilatlardan fərqli olaraq radikal və fundamentalist deyil, qeyri-müsəlmanlara qarşı dözümlüdür. Bununla yanaşı, İran erməni diasporunun imkanlarından da faydalanır, bu yolla yəhudi lobbisinin təsirini azaltmağa çalışır. İslam Respublikası hesab edir ki, AvropaABŞ-dakı erməni diasporunun siyasi və iqtisadi gücü Tehrana qlobal siyasətdə fəal olmaq üçün imkanlar yarada bilər.

İranın Qərb və Rusiya ilə ziddiyyətli tərəfdaşlığı

Qərbin Ermənistandan dolayı Azərbaycana təzyiq göstərməsi ölkəmizdə anti-Qərb əhval-ruhiyyəsinin artmasına səbəb olur. Bu, İranın ideoloji fəaliyyətinə şərait yaratmasa da, Azərbaycan-Qərb münasibətlərini məhdudlaşdırmaqla Tehran üçün siyasi və geosiyasi fəaliyyət meydanı açır. Lakin İran administrasiyası öz prinsiplərini pozaraq Qərbin təzyiqinə boyun əyməyən Azərbaycanı deyil, Qərblə yaxınlaşmaq istəyən Ermənistanı dəstəkləyir.

Ziddiyyətli görünsə də, Qərbin Azərbaycandan tələb etdiklərini İran da təqdir edir. Bu isə müəyyən məsələlərdə, o cümlədən Azərbaycana münasibətdə İran-Qərb tərəfdaşlığını üzə çıxarır. Özü də bu əməkdaşlıq kortəbii deyil, Fransa tərəfindən koordinasiya olunur. Hazırda İran Zəngəzur dəhlizinin reallaşmasını əngəlləmək istiqamətində Qərblə ortaq hərəkət edir.

Bu gün Qərb Türkiyənin Azərbaycanla müttəfiqliyinə görə Ankaradan yan keçərək Ermənistanla əlaqələri birbaşa inkişaf etdirmək istəyir. Tehran İrəvanın Qərblə yaxşı münasibətlər qurmasının tərəfdarıdır, amma bu münasibətlərin siyasi, strateji və hərbi müttəfiqliyə çevrilməsini istəmir. İran Ermənistanı Qərbə qarşı Rusiyanın tərəfində saxlanılmalı olan ölkə kimi görür. İslam Respublikası həm də özünü Ermənistan üçün Rusiyaya alternativ kimi təqdim edir.

Nəticə

İranın susqunluğu öz prinsiplərinə zidd olaraq daim rastlaşdığı ideologiya - praqmatizm qarşıdurmasının fərqli təzahürüdür. Bu ziddiyyət dini rejimin öz qırmızı xətlərini daim keçərək qeyri-sabitliyini üzə çıxarır. Onun Ermənistana qarşı “ideoloji tolerantlığı” Azərbaycana qarşı tətbiq etdiyi ikili standartların göstəricisidir.

Tehran Bakı və İrəvan arasında qaynar münaqişənin olmasını istəmir, lakin tərəflərin barışmasını da özü üçün təhlükə kimi görür. İran Ermənistana qalib gələn Azərbaycanı Cənubi Qafqazdakı yeni rəqibi kimi nəzərdən keçirir. Ermənistanla bağlı Rusiya ilə Qərb arasında münaqişənin və gərginliyin dərinləşməsi də İranı narahat edən digər məsələdir. Tehran öz sərhədlərində “ikinci Ukrayna” görmək istəmir.

Ermənistanın institusional olaraq NATO və Aİ kimi təşkilatlara daxil olmaq cəhdlərinin konkretləşdirməsi və inteqrasiya prosesinə başlaması İran üçün qəbuledilməzdir. Bu kontekstdə Tehranın strategiyası aydındır: O, Rusiyanın əli ilə Ermənistanı məhdudlaşdırmağa çalışır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar